18 insan hüquqları təşkilatı Əliriza Fərşinin dərhal sərbəst buraxılmasını istədi
18 İnsan Hüquqları Təşkilatı Əliriza Fərşiyə qarşı qəddar, qeyri-insani və alçaldıcı rəftarı pisləyən və Tehranda həbsdə olan bu siyasi məhbusun dərhal sərbəst buraxılmasını istəyən ortaq bir bəyanat yaydı.
“İranda Azərbaycan İnsan Hüquqları Təşkilatı”nin (Ahraz) veb saytı, 16 iyul 2021-də, Əliriza Fərşinin Böyük Tehran Həbsxanasındakı son vəziyyəti haqqında bir hesabatla birlikdə, İslam Respublikası səlahiyyətlilərinə ünvanlanan və 18 insan hüquqları təşkilatı tərəfindən imzalanan bir bəyanatın mətnini nəşr etdi.
Bu mətbuat bildirişinin bir hissəsində deyilir: “Bu bəyanatı imzalayan təşkilatlar, Türk siyasi məhbus Əliriza Fərşiye qarşı qəddar, qeyri-insani və alçaldıcı rəftarı pisləyirlər. İran İslam Respublikasının səlahiyyətlilərini cənab Fərşinin həyatını və sağlamlığını qorumaq üçün lazımlı tədbirləri görməyə və ehtiyac duyduğu ixtisaslaşmış səhiyyə xidməti də daxil olmaqla lazımi tibbi yardım göstərməyə çağırırıq. Dəlillər göstərir ki, Əliriza Fərşi tamamilə ədalətsiz mühakimə olunduqdan sonra həbs olundu və biz onu vicdan məhbusuna çevirəcək İrandakı etnik azlıqların hüquqları uğrunda həyata keçirdiyi dinc fəaliyyətlərlə əlaqəli hədəf alacağından qorxuruq. Biz cənab Fərşinin dərhal sərbəst buraxılmasını və qanunsuz şəkildə ona qarşı zorakılıq edən məmurlara qarşı qanuni addımların atılması tələb edirik.”
Əliriza Fərşi, Böyük Tehran Həbsxanasında diabet, hər iki gözündə görmə qabiliyyətinin azalmasından və sol göz infeksiyasından əziyyət çəkir. Məhkəmə rəsmiləri və Böyük Tehran Həbsxanasının səlahiyyətliləri, həkim reseptinə və Əliriza Fərşinin fiziki vəziyyətinin pisləşməsinə baxmayaraq, müalicəsini davam etdirmək üçün bu siyasi məhbusun xəstəxanaya köçürülməsinin qarşısını aldılar.
Əliriza Fərşı, İranda yaşayan etnik qrupların dil hüquqları tələbi sahəsində ən tanınmış mədəni fəallardan biridir. Türkdilli bölgələrdə məhrum kəndlərdə Azərbaycan türkcəsində kitabxana yaradılması, ana dili təhsili üçün təşviqat aparmaq və Beynəlxalq Ana Dili Gününü qeyd etmək də daxil olmaqla mədəni fəaliyyətlərinə görə bir neçə dəfə tutulmuşdur.
26 dekabr 2019-cu il tarixdə, Tehran Apellyasiya Məhkəməsinin 54 saylı şöbəsi, hakim Babaeyin sədrliyi ilə Əliriza Fərşi və başqa üç Azərbaycanlı mədəni fəala, 2013-cü ildə Baharistanda keçirilən Beynəlxalq Ana Dili Günündə iştirak etdiyinə görə ümumilikdə 8 il həbs və səkkiz il sürgün cəzasına məhkum etdi.
Bu mədəni fəal 21 iyul 2020-ci ildə Tehranda evə dönərkən tutuldu və Evin Həbsxanasına köçürüldü. Əliriza Fərşı, Tehran Əyalət Apelyasiya Məhkəməsinin 36 saylı şöbəsində Hakim Əhməd Zərgərin sədrliyi ilə keçirilən iclasda “milli təhlükəsizliyə qarşı toplaşmaq və gizli əl bir olmaq ” ittihamı ilə üç il altı ay həbs cəzasına və “rejimə qarşı təbliğat” ittihamı ilə səkkiz ay həbs cəzasına məhkum edildi. Bu Azərbaycanlı mədəni fəalı eyni zamanda iki il qruplar, partiyalar və dəstələrə üzv olmaqdan məhrum edilib və iki ay (hər gün dörd saat) Tehran bələdiyyəsi təkrar emal şöbəsində çalışmaya məhkum edildi.
Bəyanatı imzalayan Tşkialtlar:
1. İranda Əbdulrəhman Burunmənd İnsan Hüquqları Mərkəzi
2. İranda Azərbaycan İnsan Hüquqları Təşkilatı
3. Əhvaz İnsan Hüquqları Təşkilatı (Ahro)
4. İranda Hamı Üçün İnsan Hüquqları
5. Üçüncü Arena (Ərseye Sevvom)
6. Bəliçistan İnsan Hüquqları Qrupu
7. İnsan Hüquqları Müdafiəçiləri Mərkəzi
8. İranda İnsan Hüquqları Fəalları
9. İmpket İran
10. İran İnsan Hüquqları
11. İran İnsan Hüquqları Sənədləri Mərkəzi
12. Kürdüstan İnsan Hüquqları (Jenevrə)
13. Guruhe Miyan
14. Qashqay İnsan Hüquqları Müdafiə Komitəsi
15. Siyamək Purzən Fondu
16. Türkmən Səhra İnsan Hüquqları Fəalları (Tuhra)
17. İran Üçün Birlik
18. Birləşmiş Millətlər Təşkilatı və Təmsilçisi Olmayan Xalq
VOA