1 May İşçi Bayramı Qutlu Olsun
İşçi və əməkçilər tərəfindən dünya çapında qutlanılan, “1Mayıs İşçi və Əməkçilər Bayramı ”, işçilerin, birliyi, dayanışma və haqsızlıqlara qarşı mücadilə günüdür. 1 Mayıs; işcilərin birlik və dayanışma günü, 42 ildir İran rejimi tərəfindən yasaqlanmışdır. İşçilər yaxud zəhmət adamları isə bu uzun illər sürəcində inanılmaz haqsızlıqlara və hətta cinayətlərə məruz qalıblar. keçən 42 ildə, işçilərin protestoları, çox şiddətlə basdırıldı və sendika əktivistləri hər türlü basqı, dustaq və şikəncəyə məruz qaldılar.
“1 May, Uluslararası İşçi Bayramı günü”, işcilərin məaşları, sendika sorunları, ödənməmiş pulları, iş yeri güvənlikləri ve çalışma haqları kimi qonularda, xususən işçi toplumunun durumu ve bir çox var olan sorunlara, diqqət qoyma imkanını verir.
İranın bəzi insan haqları əktivistləri dərnəkləri tərəfindən, yayılan istatistiklərə görə; son 12 ayda, iş qəzalarında ən az 9367 işçi ölmüş ve yaxud yaralanmışdır. Eyni dönəmdə üzverən qəzalarda , ən az 1790 işçi hayatını itirmişdir.
Bu istatistiklərə görə iş qəzalarında başlıca ölüm nədənləri , yüksəktən düşmə olmuşdur. Son on ildə, İranda toplam % 41,5 faiz işçilərin ölüm sbəbləri, yüksəkdən düşməklə əlaqəliymiş. İş güvənliyi baxımından isə İran, çox aşağı yəni digər ölkələrə görə 120. sıralarda yer tutur. Ayrıca, İran insan haqları əktivistləri istatistiklərinə görə, ən az 34318 işçinin 2013 ay maaşı ödənməmişdir.
Təxminlərə görə keçən il işçi senfi tərəfindən, toplam 593 işçi mitingi ve 738 sendika mitingi medyaya ve yaxud sivil toplum quruluşlarına sızmışdır.
İrandaki ən önəmli işçi həvadisi arasında: “Həft Təpə şəkər fabrikası”, “Kute Əbdullah Bələdiyyəsi”, “Dəmiryolu Teknik Xətləri Və Binalarının” işçi protestoları, eyni halda öyrətmənlər və əməklilərin protestoları yer alır.
İranda, ən ucuz iş gücü olaraq, qadın işçiləri nəzərdə tutulursa əgər, qadınların istixdam durumları kişilərə görə daha az və pis, daha az qanuni qorunmağa, az məaş ve az sosyal haqlara sahiblər. Eləcədə İran kimi ölkədə Qadın işçilər, kişi məslekdaşlarına görə daha az pazarlıq gücünə sahibdirlər. Eyni zamanda, ürətim ve sənayi birimleri, evli qadınları istixdam etməyə daha az maraq göstərməkdədir.
Demək olar ki Azərbaycan ve İranda, işçilərin; işsizlik, haqsızlıq, ölüm qəzaları hərgün artmaqda və iş güvənlikləri hər gün ağırlaşmaqdadır, ona görə mucadilə alanı da hər gün daralmaqdadır. Gün keçdikcə İranda yaşam standardlarıda enməkdədir. İşçilərin mucadilələrindən gələn raporlar isə, İran çapında və yaxud Azərbaycanda artmaqdadır.
“Azərbaycan Demokrtik Birliyi-Birlik”, 1 May günündə, bütöv işci və əmək sahiblərini qutluyararq, işçi və əməkçilərin mucadiləsini genişləndirilməsi açısından hər türlü dəstəyi verməkdə və bu mucadilədə hər zamanki kimi işçilərin yanında yer almaqdadır. Eyni zamanda işçilərlə çiyin çiyinə, bu mucadiləni sonuçlandırmaq üçün çalışacaqdır.
Yaşasın 1 May, İşcilərin Birlik Və Dayanışma Günü
“Azərbaycan Demokratik Birliyi – Birlik”
29.04.2021