1 May Beynəlxalq İşçi Günü münasibətilə Azərbaycan Demokratik Birliyinin bəyanatı
Bu il Beynəlxalq İşçilər Gününü 1 Mayı qeyd etdiyimiz zaman bütün ölkələr görünməz bir virus epidemiyasına yaxalanmışdır və bir cox ölkə az qala tab gətirə bilmirlər.
Hər gün yüzlərlə insanın ölüm xəbəri rəsmi qurumlar tərəfindən ictimaiyyətə rəsmi olaraq elan olunur və hər keçən gün insan həyatı san ki dəyərini itirir və eşidilənlər ölənlərin sayıdır.
Amma hər kəs bilir ki, bu epidemiyanın əsas qurbanları işçilər, fəhlələr, əkinçilər və ümumiyyətlə yoxsul və aztəminatlı siniflərdir. Görünən budur ki, yaşlılar və təqaüdçülərin evləri son viral infeksiyanın daha cox sevdiyi yerlərdir və hər gün xəbərləri eşidilən qurbanların sayı san ki virus infeksiyasının əsas hədəfidir.
Beynəlxalq İşçi Gününü qeyd etdiyimiz zaman işçi və fəhlə sinfi üçün müxtəlif sahələr daralıbdır. Maaşın çox aşağı səviyyədə olması, artan işsizlik və xüsusən İranda iş təkərlərinin korona epidemiyasının nəticəsində dayanması eyni zamanda yoxsul və aztəminatlı insanlar üçün dövlət dəstəyinin olmaması ağlasığmaz bir fəlakətə səbəb ola bilər.
Corona epidemiyası və ölkədə bu virusun geniş yayılmasının İslam Respublikası rəhbərlərinin hakimiyyətin çıxarlarını güdərək məsuliyyətsiz siyasəti nəticəsidir.Beləki viral böhranı qabiliyyetsizcə idarə etməklə həmdə siasətlərinin yararsız və səmərəsizliyi səbəbindən dolayı aşağı gəlirli sahələrə, xüsusən əmək haqqı işçilərinə olduqca təzyiq göstərməkdədir.
Rejimə qarşı siyasi və iqtisadi sanksiyalarıda nəzərə alsaq bu siyasi və iqtisadi böhranı düşünəndə, haqlı olaraq gələn ili qara il və ya işsizlik, yoxsulluq və hətta aclıq ili adlandıra bilərik. İşçilər və fəhlələr həyatlarını xilas etmək üçün tək yolları candan keçmiş şəkildə işləmək məcburiyyətində qalacaqlar ona görə ki onlarda devlət və onun quqrumları himayə etməyəcək və hətta istəsədiyi təqdirdədə edə bilməyəcəkdir.
Azərbaycan Demokratik Birliyində bütün fəhlələri və zəhmətkeşləri təbrik edərkən gələn il işçilərin ictimai qiyamı ili, İranda yaşayan insanların İslam Respublikasına qarşı xalq etirazı ili olmasını arzu edir.
İranda azadlıq və bərabərlik uğrunda aztəminatlı qrupların ədalətli mübarizələrinin və həbsdə olanların, o cümlədən türk xalqının ümumi etirazlarının təbliğ olunduğunu gördüyümüz bir ili arzu edirik.
Azərbaycan Demokratik Birliyi – Birlik 2020.04.27
1 May Himni (Beynəlxalq İşçilər Günü) | İki dildə (Fars / Türk)