Ərdoğan İrandakı Türk vətəndaşların sayını Azərbaycanla gərginliyin davam etməsinə əngəl olduğunu dedi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikası ilə İsrail arasındakı münasibətlərə görə İranın Azərbaycan ilə qarşıdurmaya girməyəcəyini və belə bir qarşıdurmanın İrandakı Türk vətəndaşların sayına görə asan məsələ olmadığını bildirib.
Ərdoğan son həftələrdə İran və Azərbaycan Respublikası arasında yaşanan gərginliklə bağlı verdiyi ilk açıqlamada “İranın hərbi hərəkətləri Naxçıvanla Güney Qafqaz sərhədindədir və başqa tərəfdən də bu ölkə İsrail-Azərbaycan münasibətlərinə işarə edir. Türkiyənin Qafqazda fəal ölkə olması bunu böhrana çevirəcəkmi? Sualına cavab olaraq dedi: Şəxsən mən bunu gözləmirəm. İran Azərbaycan-İsrail münasibətlərinə görə Azərbaycanla qarşı-qarşıya gəməz. İrandakı Türk vətəndaşlarının sayı məlumdur və bu ölkənin hökuməti də bunu nəzərə alır. Bu asan iş deyil.
Türkiyə prezidenti sözünə davam edib: Edilənlər səhv idi. Amma görünən odur ki, İranın yeni hökuməti gərginliyi davam etdirməyəcək.
Rəcəb Tayyib Ərdoğan da 5 gün sonra Azərbaycan Respublikasına gedəcəyini və “qardaşı” prezident İlham Əliyevlə hava limanının, eləcə də sərhəd keçidinin açılış mərasimində iştirak edəcəyini təsdiqləyib.
Son həftələrdə iki tərəfin sərhəddə hərbi təlimlər keçirməsi ilə İslam Respublikası ilə Azərbaycan arasında gərginlik daha da artıb.
İslam Respublikası Azərbaycan Respublikası ilə Ermənistan arasında gedən müharibə zamanı “Bəşər Əsəd” hökumətinə müxalif olan Suriya qüvvələri ilə yanaşı, İsrailin də mövcud olduğunu iddia edib və bu qüvvələrin Azərbaycanı tərk etmədiyini bildirib.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İran hökumətinin ittihamlarını rədd edərək dedi: “Terrorçu axtaranlar ətraflarına yaxşı baxsınlar”.
Gərginliyin yeni mərhələsində Azərbaycan Prezidenti İlham Əliyev ötən həftə İran hökumətini Avropaya narkotiktrafik üçün Ermənistanla əməkdaşlıqda ittiham etdi.
İran və Azərbaycan hakimiyyət orqanları arasında şifahi münaqişə hələ tam oalraq bitməyib, lakin 19 Oktyabrda İran Azərbaycan Respublikasının bir neçə həftədir ölkədə saxlanılan iki iranlı yük maşını sürücüsünü azad edərək İranın Bakıdakı səfirliyinə təhvil verdiyini təsdiqləyib.