Ərdəbildə siyasi məhbus Rza Vasiqi müvəqqəti azadlığa buraxılıb
Ərdəbil həbsxanasında saxlanılan siyasi məhbus Rza Vasiqi məzuniyyətə buraxılıb.
Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin məlumatına görə, Vasiqi may ayının 18-də girov qarşılığında 1 həftə müddətində məzuniyyətə buraxılıb.
Rza Vasiqinin qardaşı Əli Vasiqi isə aprelin 26-da həmin həbsxanasından məzuniyyətə buraxılmışdı. O, mayın 17-də məzuniyyəti bitdikdən sonra Ərdəbil Həbsxanasına qaytarılıb.
Rza Vasiqi noyabr ayının 4-də təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək Ərdəbil həbsxanasına yerləşdirilmişdi.
O və qardaşı Əli Vasiqi iyunun 10-da Kəşfiyyat Nazirliyinin təhlükəsizlik qüvvələri tərəfindən saxlanmalarına dair məhkəmə hökmü təqdim edilmədən iş yerlərində döyülərək nəzarət altına alınmışdı.
Vasiqi qardaşları altı gün Kəşfiyyat Nazirliyinin təcridxanasında saxlandıqdan sonra iyunun 16-da hər biri 110 milyon tümənlik mülki zəmanət qarşılığında müvəqqəti olaraq azadlığa buraxılmışdı.
Avqustun 18-də Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsinin sədri hakim Məhdəvirad Əli Rza Vasiqini “gecəlik yaymaq ilə sistemə qarşı təbliğat aparmaq” və “ölkənin milli təhlükəsizliyinə qarşı cinayət törətməkdə iştirak etmək” ittihamları ilə 5 il həbs cəzasına məhkum edib.
Oktyabrın 5-də Ərdəbil Apellyasiya Məhkəməsinin 1-ci şöbəsi hakim Məhdivərd tərəfindən onlara verilən hökmü azaldaraq, eyni ittihamlarla hər birisini 2 illik həbs cəzasına məhkum edib.
VOA