Ərdəbildə həbslərin dəvamı; Möhsün Möhsünzadə həbs edilib
İranwire-ə çatan xəbərə görə, bu fəalın həbsi döyülmə ilə müşayiət olunub və onun hara köçürüldüyü barədə dəqiq məlumat yoxdur.
Ayrıca bu il sentyabrın 22-si Ərdəbildə Əsgər Əkbərzadə, Səid Sadiqi Far və Meysəm Colani təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
Son günlər Məhsa Əmininin Əxlaq Polisi tərəfindən həbs olunduqdan sonra öldürülməsi ilə Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən Təbriz, Urmiyə, Ərdəbil, Zəncan, Həmədan, Qəzvin və s.-də təhlükəsizlik qüvvələrinin əməkdaşları kütləvi və geniş miqyaslı həbslər həyata keçirib və internetin geniş kəsilməsi səbəbindən həbslərin sayı barədə hələ də dəqiq məlumat yoxdur.
#məhsa_əmini #ümumi_etirazlar