Ərdəbildə dəhşətli partlayış baş verib
Azərbaycanın Ərdəbil şəhərində dəhşətli partlayış nəticəsində 15 nəfər yaralanıb və 2 nəfər ölüb.
İRNA xəbər agentliyinin məlumatına əsasən, fevralın 13-də səhər saatlarında Ərdəbildə bir evdə baş verən qaz partlayışı nəticəsində 15 vətəndaş yaralanıb, 2 nəfər isə həyatını itirib.
Ərdəbil Təcili Tibbi Xidmətlər Mərkəzinin rəhbəri Məcid Məhəmməd Qəribani İRNA xəbər agentliyi ilə müsahibədə deyib: bu dəhşətli hadisə nəticəsində indiyə qədər 15 yaralı Ərdəbilin Fatimi Xəstəxanasına göndərilib və onlardan dördünün vəziyyəti ağırdır.
Məhəmməd Qəribaninin dediyinə görə, partlayış nəticəsində 12 yaşlı bir qız və 55 yaşlı bir qadın həyatını itirib.
Ərdəbil Bələdiyyəsinin yanğın stansiyasının müdiri Mehr xəbər agentliyi ilə müsahibədə deyib ki, Ərdəbil şəhərinin Bağmeşə məhəlləsində baş verən bu partlayışın əsas səbəbi hələ müəyyən olmasa da, böyük ehtimalla evdə qazın sızması partlayışla nəticələnib.
Yəqubinin dediyinə görə, partlayış o qədər şiddətli olub ki, təkcə əsas bina deyil, ətrafdakı binalar və hətta ərazidəki digər məhəllə binaları da ciddi şəkildə ziyan görüb.
Ərdəbil Bələdiyyəsinin yanğın stansiyasının müdiri hazırda dağılmış binanın sakinlərinin heç birinin dağıntı altında qalmadığını, yaralıların hamısının dağıntılar altından çıxarıldığını və həmçinin yaralıların hadisə yerində müalicə olunduğunu və ya Ərdəbil tibb mərkəzlərinə köçürüldüyünü bildirib.
Yəqubi, Ərdəbil şəhərində səhərki hadisəyə bənzər böyük hadisələrin qarşısını almaq üçün Ərdəbil vətəndaşlarından evin qaz əlaqələrinin qurulduğu ərazilərdəki sızıntıları diqqətlə araşdırmalarını istəyib.
Ərdəbildəki dəhşətli partlayış bu gün səhər saatlarında bu şəhərin Naibi və Bağmeşe məhəllələrinin ortasında, Daniş üç yolunda yerləşən dörd mərtəbəli bir binada baş verib.