Ərdəbildə bir gənc əfv edilərək edamdan xilas olub
İran Azərbaycanının Ərdəbil vilayətində qətl cinayəti ilə əlaqədar məhkəmədə edam cəzasına məhkum olan 26 yaşında bir gənc qətlə yetirilən şəxsin ailəsi tərəfindən əfv edilməsi nəticəsində edəm cəzasından xilas olub.
Tasnim xəbər agentliyinin yaydığı xəbərə görə, Ərdəbil vilayətinin Ədliyyə İdarəsinin rəisi Nasir Ətəbati, 5 il öncədən həbs edilərək edam cəzasının həyata keçirilməsini gözləyən gəncin qətlə yetirilən şəxsin ailəsinin güzəşti nəticəsində əfv olduğunu bildirib.
O, bildirib ki, bu gənc daha öncə heç bir cinayət törətməyib və buna görə şəhərin ağsaqqalları və tanınmış şəxslərinin səyləri nəticəsində öldürülən şəxsin ailəsini məhkumu əfv etməyə razı salıblar.
Ötən həftə Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində də qətlə yetirilən şəxsin ailəsinin güzəşti nəticəsində bir gənc edam edilməkdən xilas olmuşdu.
İranda İnsan haqları üzrə fəaliyyət göstərən və Qeyri-kommersiya təşkilat olan İran İnsan Haqları Təşkilatı (iranhr) 2019 ilində ölkə ümumiyyətində 290 vətəndaşın edam edildiyini bildirib. Təşkilatın hesabatına əsasən, bu edamların 70 faizi İran rəsmiləri tərəfindən gizlədilib. Keçən il İranda edam olan şəxslərin 80 faizi qətl ittihamı ilə məhkəmə tərəfindən edam cəzasına məhkum olub.
Ötən günlərdə 2019 noyabr etirazları zamanı həbs edilən 3 nəfər üçün edam cəzasının verilməsi İranda böyük reaksiyaya səbəb olub. İran vətəndaşları Twitter sosial şəbəkəsində “edam etməyin” haştəqı ilə 3 milyondan çox tvit ataraq, bu 3 məhkum daxil olmaqla, cinayət məcəlləsindən edam cəzasının qaldırılmasın tələb ediblər. ABŞ prezidenti Donald Trump Farsca bir tvit yazaraq kampaniyaya dəstəyini bildirib.
VOA