Ərdəbil vilayətində həkim çatışmazlığı var
Ərdəbil vilayətinin həkim çatışmazlığı problemi ilə üzləşdiyi və tibbi infrastrukturunun ölkə ortalamasına nisbət aşağı səviyyədə olduğu bildirilir.
İRNA-nın yaydığı xəbərə görə, Ərdəbil Tibb Elmləri Universitetinin rəhbəri Dr. Əli Məhəmmədiyan vilayətdə 476 mütəxəssis və 92 alt ixtisas mütəxəssis həkim mövcuddur, ancaq buna baxmayaraq, vilayətin həkim sayı baxımından çatışmazlıqla üzləşdiyini açıqlayıb.
O, həmçinin Ərdəbil Tibb Universitetinin təhsil imkanlarının da məhdud olduğunu və yetərli olmadığını qeyd edib. Məhəmmədiyan iki illik pandemiya dönəmində vilayətin xəstəxanalarının tibbi təchizat, tikinti, maliyyə kreditləri və işçi qüvvəsi infrastrukturunun çox köhnəlmiş olduğunu irəli sürüb.
Rəsminin dediyinə görə, Ərdəbil Tibb Universitetinin tələbə qəbulu 20% artırılıb, lakin bu universitetin təhsil imkanları bu qədər tələbə yetişdirməyə kifayət etmir.
Ərdəbil vilayətininin həkim yetişdirmək üçün təhsil imkanlarının ölkə üzrə ortalamasından aşağı olması ilə yanaşı ölkənin vilayətlərində həkimlərin ədalətsiz şəkildə bölgüsü və yerləşdirilməsi problemi var.
Ğlkənın ən inkişaf etmiş vilayətində həkim sayı baxımından ən məhrum buraxılmış vilayətlə müqayisədə on qatdan çox fərq var. Yəni vətəndaşa düşən həkim sayı inkişaf etmiş vilayətlərdə məhrum buraxılmış vilayətlərə görə 10 qat daha çoxdur. Başqa sözlə, həkimlərin Tehran kimi vilayətlərə immiqrasiyası nəticəsində məhrum vilayətlərdə həkim sayı azalır.
Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, İranda hər 10 min nəfərə düşən həkim sayı təxminən 16-dır.