Ərdəbil məhkəməsi milli fəal Saman Bidarı 3 il həbsə məhkum edib
Ərdəbil İnqilab Məhkəməsi türk fəal Saman Bidara 3 il 45 gün həbs cəzası verib. Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin məlumatına görə, həbs cəzası 3 il sınaq müddəti olmaqla şərti hesab edilib.
Bidar keçən fevral ayının 28-də İranın kəşfiyyat qüvvələri tərəfindən nəzarət altına alınaraq kəşfiyyat nazirliyinin Ərdəbildəki həbsxanasında sorğu-sual edilmişdi. O, saxlanıldıqdan bir neçə gün sonra köçürüldüyü Ərdəbil həbsxanasından martın 7-də mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı.
Müvəqqəti azadlıqdan sonra İnqilab Məhkəməsində mühakimə edilən milli fəal haqqında qərar çərşənbə günü iyunun 16-da çıxarılıb.
Məhkəmə qərarına əsasən, Saman Bidar İslam Respublikasının banisini (Xomeyni) aşağılamaq”, “İranın dini liderini (Xameneyi) aşağılamaq”, habelə “nizama qarşı təbliğat” ittihamları ilə 3 il 45 gün həbsə məhkum edilib.
VOA