Ərdəbil Həbsxanasının 7-ci palatasındakı Korona dalğası; Abbas Lisaninın fiziki vəziyyəti yaxşı deyil
Ərdəbil Mərkəzi Həbsxanasında Korona epidemiyası vəziyyəti ağır və təhlükəli bir nöqtəyə çatıb.
30 Noyabr 2020-ci il tarixində Ərdəbil Mərkəzi Həbsxanasında həbsdə olan siyasi məhbus “Yusif Kari” yaxınları ilə telefon danışığında fiziki vəziyyətinin ağır olduğunu bildirdi.
Ərdəbil Həbsxanasının 7-ci palatasındakı həbs cəzasının ikinci ilini çəkən Kari, bu palatadakı məhbusların şərtləri haqqında bunları söylədi: “Palatadakı bəzi məhkumlar qızdırma, baş ağrısı, quru öskürək və nəfəs darlığı keçirirlər və həbsxana məsulları və həbsxana səhiyyə mərkəzi həkimi Korona əlamətlərinin olduğundan şübhələnir.”
Yusif Kari, palatadakı başqa bir siyasi məhbus Abbas Lisaninin fiziki vəziyyətini qayğı verici olaraq xarakterizə etdi və quru öskürdüyünü söylədi.
Lisani hazırda Ərdəbil Mərkəzi Həbsxanasında 15 illik cəza çəkir.
Bu ilin iyul ayında Ali Məhkəmə Abbas Lisaninin etirazını rədd edərək Ərdəbil Apellyasiya Məhkəməsində həbsinin 8 ildən 15 ilə qaldırılan cəzasını təsdiqlədi. İddianamənin mətnində Abbas Lisaniyə qarşı irəli sürülən ittihamlar “Gamac qrupunun qurulması, idarəsi və üzvlüyü, milli təhlükəsizliyə qarşı hərəkət və rejimə qarşı təbliğat işləri” olaraq bildirilmişdir.
Beynəlxalq Əfv Təşkilatı dəfələrlə çox sayda bəyanatla çıxış edərək Abbas Lisaniyə qarşı çıxarılan hökmü siyasi adlandırıb və qeyd-şərtsiz sərbəst buraxılmasını istəyib.
Bu siyasi fəal 16 Dekabr 2018-ci ildə Təbriz İnqilab Məhkəməsinin 2 saylı şöbəsində təhlükəsizlik qüvvələri tərəfindən həbs olundu və Ərdəbil həbsxanasına köçürüldü. Bu müddət ərzində o, Korona epidemiyası zamanı və bir məhkumun qohumunun ölümü zamanı verilən təcili izindən istifadə etmək hüququndan da məhrum edildi.
Siyasi məhbus Abbas Lisaninin 14 Noyabr Cümə günündən bəri ziyarətinə qadağa qoyulub və ailəsinə zəng etmək hüququndan məhrum edilib. Bu məhdudiyyət bu ilin Sentyabrından bəri bu siyasi məhbusa qarşı ikinci dəfədir ki tətbiq olunur.
Ərdəbil Mərkəzi Həbsxanası uzun illərdir İranın ən haşiyəli həbsxanalarından biridir. Bu həbsxana Azərbaycanlı mədəni fəalların saxlanma mərkəzi və sünni Bəluç məhbusların sürgün yeri kimi tanınır. Bildirilir ki, bu həbsxananın 7-ci palatasında saxlanılan siyasi məhbuslar sistematik şəkildə istismar və zorakılığa məruz qalırlar.
Ərdəbil Həbsxanasında 14 palata, bir düşərgə və bir reabilitasiya mərkəzi var. Bu həbsxana 700 məhbus tutumuna malikdir. Ancaq Ərdəbil əyalətindəki həbsxanaların keçmiş baş direktoruna görə, bu həbsxananın köhnə bir quruluşu vardır və praktikada tutumunun üç qatından çox məhbus orada saxlanılır. Korona dövründə izin verilməməsi və Ərdəbil Mərkəzi Həbsxanasındakı sıxlıq bu həbsxanada korona xəstəliyinin daha geniş yayılma riskini artırmışdır.