Ərdəbil Həbsxanasında həbs olan 76 yaşında Azərbaucanlı fəallın sağlıq durumu yaxşı dəyil
Ərdəbil Mərkəzi Həbsxanasının 16-cı palatasında 6 illik cəzasını çəkən Azərbaycanlı mədəni fəal Pərviz Siyabi xroniki prostat xəstəliyindən və yüksək təzyiqdən əziyyət çəkir.
Pərviz Siyabinin fiziki problemləri, çoxsaylı xəstəliklər, o cümlədən xroniki prostat, yüksək qan təzyiqi, şiddətli ağrıları və yaşlılıq səbəbindən daimi tibbi yardıma ehtiyacı olduğu üçün Azərbaycanlı mədəni fəallar və hüquq müdafiəçiləri onun tezliklə sərbəst buraxılmasını vurğulayırlar.
Bu azərbaycanlı fəal 2022-ci il noyabrın 9-da həbs edilib və 6 illik cəzasını çəkmək üçün Ərdəbil Mərkəzi Həbsxanasına köçürülüb. Hökm yalnız bu Azərbaycanlı fəalın 24 İyul hadisələri ilə bağlı Telegram kanallarında Təbrizdə Azərbaycan millətinin Əhvaz millətinin tələblərinə dəstək verməsi ilə əlaqədar olan açıqlamalara görə verilib.
Pərviz Siyabi ilkin mərhələdə Ərdəbil İnqilab Məhkəməsinin birinci şöbəsi tərəfindən 16 il həbs cəzasına məhkum edilib.Nəhayət, Ərdəbil Əyalət Apellyasiya Məhkəməsinin birinci şöbəsi tərəfindən bu cəza 6 ilə endirilib.
Pərviz Siabi Gürcana Təbrizdə Xuzistan ərəb xalqına dəstək məqsədilə bu əyalətdə su gərginliyinə etiraz olaraq keçirilən küçə aksiyalarında saxlanılanlardan biridir. Mədəni fəalların və İslam Respublikası müxalifəti Azərbaycan partiyalarının, çağırışlarının yayımlanmasından sonra, 24 İyul 2021-ci il tarixində “Təbriz” şəhəri, bu şəhərin vətəndaşlarının Xuzistan xalqına dəstəyi və hökümətin səmərəsizliyinə qarşı etiraz aksiyalarına şahid oldu.
#ümumi_etirazlar #siyasi_məhbuslar