Ərdəbil əsnafı ağır vergilərə etiraz olaraq mağazalarını bağlayıb
Dünən, 13 iyun 2023-cü il çərşənbə axşamı Ərdəbil şəhərinin bir sıra əsnafı (Rasta bazarı) ağır vergilərə etiraz olaraq mağazalarını bağlayaraq gündəlik fəaliyyətlərini dayandırıblar.
Ərdəbilin tarixi bazarı (Rəsta Bazar) iqtisadi tənəzzülə, mağaza kirayələrinin yüksək olmasına, vətəndaşların alıcılıq qabiliyyətinin aşağı düşməsinə baxmayaraq, hökumətin yüksək vergi tətbiq etməsinə etiraz ediblər.
İranda son bir il içərisində bahalıq və alım gücünün azalması bazarçıların alverini azaldıb və bunun ilə yanaşı kirayə haqlarının çox olması da əsnafı zor duruma salıb.
Özəlliklə son zamanlarda məcburi hicabı riayət etməyənlərə də xidmət verən mağazaçıların iş yerləri möhürlənib.