Əliyev: İran hökuməti keçmiş işğal altında olan ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib
Azərbaycan Prezidenti İlham Əliyev İran hökumətini Ermənistana Avropaya narkotrafik üçün kömək etmək ilə ittiham etdi.
İran xəbər agentliklərinin yazdığına görə, Əliyev MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında Ermənistanın 30 ildir İran ilə əlbir olaraq işğal edilmiş ərazilər vasitəsilə Avropaya narkotik vasitələrin daşınmasını həyata keçirir dedi.
Ermənistanın baş naziri Əliyevin İran və Ermənistana qarşı iddialarını rədd etdi.
“Nikol Paşinyan” bu barədə bunları deyib: “Qeyd etmək istərdim ki, İran hüquq -mühafizə orqanları ilə çox sıx işləyirik və narkotik ticarəti ilə çox səmərəli mübarizə aparırıq.”
İslam Respublikası ilə Azərbaycan Respublikası arasında gərginlik son həftələrdə daha da şiddətləndi, iki tərəf sərhəddə hərbi təlimlər keçirdi.
İslam Respublikası, Azərbaycan Respublikası ilə Ermənistan arasındakı müharibə əsnasında “Bəşər Əsəd” hökumətinə qarşı çıxan Suriya qüvvələrinin yanında İsrail qüvvələrinin də olduğunu iddia etdi və bu qüvvələrin Azərbaycanı tərk etmədiyini bildirdi.
Ötən həftənin çərşənbə axşamı günü Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İran hökumətinin ittihamlarını rədd edərək dedi: “Terrorçu axtaranlar ətraflarına yaxşı baxsınlar.”
iranwire