Əliriza Fərşi hökmün icrası üçün Tehran məhkəməsinə çağrılıb
Azərbaycanlı siyasi məhbus və mədəni fəal Əliriza Fərşi məhkəmə hakimiyyəti tərəfindən aldığı elektron bildiriş əsasında hökmün icrası üçün özünü Tehranın 33-cü ümumi və İnqilab Prokurorluğuna təqdim etməlidir.
Tibbi məzuniyyətdə olan bu azərbaycanlı siyasi məhbusun İnstaqram səhifəsində dərc etdiyi bildirişdə deyilir ki, məzuniyyət müddəti başa çatdıqdan sonra bu fəal özünü Tehranın 33-cü ümumi və İnqilab Prokurorluğuna təqdim etməlidir.
Keçen həftə bu Azərbaycanlı siyasi məhbus Böyük Tehran Həbsxanasının başqa 8 keçmiş məhbusu ilə birlikdə Tehranın Fəşafuyə Məhkəməsinin 101-ci Cinayət Şöbəsi tərəfindən 11 ay 15 gün həbs və 50 şallaq cəzasına məhkum edildiyini bildirmişdi.
Xatırlatmalıyıq ki 26 dekabr 2019-cu il tarixdə, Tehran Apellyasiya Məhkəməsinin 54 saylı şöbəsi, hakim Babaeyin sədrliyi ilə Əliriza Fərşi və başqa üç Azərbaycanlı mədəni fəala, 2013-cü ildə Baharistanda keçirilən Beynəlxalq Ana Dili Günündə iştirak etdiyinə görə ümumilikdə 8 il həbs və səkkiz il sürgün cəzasına məhkum etdi.
Bu mədəni fəal 2021-ci ilin Aprelində 2 illik həbs cəzasını çəkərkən, Tehran Əyalət Apelyasiya Məhkəməsinin 36 saylı şöbəsində Hakim Əhməd Zərgərin sədrliyi ilə keçirilən iclasda “milli təhlükəsizliyə qarşı toplaşmaq və gizli əl bir olmaq ” ittihamı ilə üç il altı ay həbs cəzasına və “rejimə qarşı təbliğat” ittihamı ilə səkkiz ay həbs cəzasına məhkum edildi.
#Azərbaycan_xəbərləri #siyasi_məhbuslar