Əliriza Fərşi gözlərindəki tikişlərə baxmayaraq Evin həbsxanasına köçürüldü
14 Sentyabr 2022-ci il, çərşənbə günü Azərbaycanlı siyasi məhbus Əliriza Fərşi elektron qandalı Tehranın Baharistan Prokurorluğuna təhvil verdikdən iki gün sonra Böyük Tehran Həbsxanasına gedib.
Cənab Fərşi nəzarət məntəqəsində 8 saat gözlədildikdən sonra şəxsi əşyaları və dərmanları özünə vermədən Evin həbsxanasının karantin bölməsinə göndərilib.
Azərbaycanlı siyasi məhbus Əliriza Fərşi 11 sentyabr 2022-ci ildə Tehran əyalətinin Apellyasiya Məhkəməsinin 36-cı şöbəsinə getdikdən sonra onun barəsindəki öncəki qərarların toplaşdığını ve 4 il həbsdən sonra Xuzistan əyalətinin Bağməlek şəhərinə 2 illik sürgünə getməli olduğunu öyrənmişdi.
İki həftə öncə bu Azərbaycanlı siyasi məhbus Böyük Tehran Həbsxanasının başqa 8 keçmiş məhbusu ilə birlikdə Tehranın Fəşafuyə Məhkəməsinin 101-ci Cinayət Şöbəsi tərəfindən 11 ay 15 gün həbs və 50 şallaq cəzasına məhkum edildiyini bildirmişdi.
Xatırlatmalıyıq ki 26 dekabr 2019-cu il tarixdə, Tehran Apellyasiya Məhkəməsinin 54 saylı şöbəsi, hakim Babaeyin sədrliyi ilə Əliriza Fərşi və başqa üç Azərbaycanlı mədəni fəala, 2013-cü ildə Baharistanda keçirilən Beynəlxalq Ana Dili Günündə iştirak etdiyinə görə ümumilikdə 8 il həbs və səkkiz il sürgün cəzasına məhkum etdi.
Bu mədəni fəal 2021-ci ilin Aprelində 2 illik həbs cəzasını çəkərkən, Tehran Əyalət Apelyasiya Məhkəməsinin 36 saylı şöbəsində Hakim Əhməd Zərgərin sədrliyi ilə keçirilən iclasda “milli təhlükəsizliyə qarşı toplaşmaq və gizli əl bir olmaq ” ittihamı ilə üç il altı ay həbs cəzasına və “rejimə qarşı təbliğat” ittihamı ilə səkkiz ay həbs cəzasına məhkum edildi.
#Azərbaycan_xəbərləri #siyasi_məhbuslar