Əli Vasiqi məzuniyyəti sonunda Ərdəbil həbsxanasına qayıtdı
Azərbaycanlı siyasi məhbus Əli Vasiqi dünən, 12 Yanvar 2022-də məzuniyyəti bitdikdən sonra Ərdəbil həbsxanasına qayıtdı.
Əli Vasiqinin kiçik qardaşı Riza Vasiqi də Ərdəbil həbsxanasında məhkumluq dövrünü yaşayır.
Əli, qardaşı Riza Vasiqi ilə birlikdə Ərdəbil zindanının 2-ci bölməsində 2 illik həbs cəzasını çəkir.
Vasiqi qardaşları 2020-ci il iyun ayının 10-da Ərdəbil şəhərindəki iş yerlərinə təhlükəsizlik qüvvələrinin hücumu nəticəsində saxlanılıb. Saxlanılma zamanı onlar məmurlar tərəfindən zorakılığa məruz qalıb və döyülüb.
Bu mədəni fəallar gecə bülletenləri çap edib yaymaqla “əl bir olmaqla ölkənin milli təhlükəsizliyinə qarşı cinayət törətməyə cəhd” ilə ittiham olunaraq mühakimə olunub və iki il həbsə məhkum ediliblər. Vasiqi qardaşlar sərbəst buraxıldıqdan sonra kiber məkanda yayımlanan fotoları onların təhlükəsizlik qüvvələri tərəfindən döyüldüyünü göstərdi.
2021 May ayında Vasiqi qardaşlar, Evin və Ərdəbil həbsxanalarında olan başqa 5 siyasi məhbusla birlikdə Ərdəbil həbsxanasındaki siyasi məhbus Abbas Lisaniyə dəstək və bu həbsxanada “cinayətlərin ayrılması prinsipinin” tətbiq olunmamasına etiraz edərək üç gün kütləvi aclıq aksiyası keçirdilər.