Əli Vasiqi 2 illik həbs cəzasını başa vurmaq üçün Ərdəbil həbsxanasına qaytarılıb
Sənətkar və milli fəal Ali Vasiqi 3 həftəlik məzuniyyətdən sonra 2 illik həbs cəzasını çəkdiyi Ərdəbil həbsxanasına göndərilib.
Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin məlumatına görə, 50 milyon tümənlik mülki zəmanət qarşığılında məzuniyyətə buraxılan türk fəal mayın 17-də həbsxanaya qayıdıb.
Əli Vasiqi 2020-ci ilin noyabr ayından bəri qardaşı Rza ilə birlikdə Ərdəbil həbsxanasında saxlanılır. Onlar milli təhlükəsizliyi pozmaq yönündə fəaliyyət yürütmək ittihamı ilə mühakimə ediliblər.
Vasiqi qardaşları 2020-ci ilin iyun ayında Ərdəbil şəhərindəki iş yerləri “Araz Reklam” mağazasında təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb və bir müddət sonra müvəqqəti olaraq sərbəst buraxılmışdılar. Fəalların saxlandıqları zaman ağır şəkildə döyüldüyü bildirilmişdi.
Evli və iki qız uşağının atası olan Əli Vasiqi daha əvvəl də Urmiyə Gölü etirazları, Babək Qalası yürüşü və anti-irqçilik aksiyaları ilə əlaqədar həbs və mühakiməyə edilib.
VOA