Əkbər Nəimi Evin həbsxanasından sərbəst buraxılıb
Mədəni fəal və hüquq müdafiəçisi Əkbər Nəimi, 19 ay həbsdən sonra dünən, bazar günü, 12 fevralda Evin həbsxanasından sərbəst buraxılıb.
Cənab Nəimi ilə birlikdə Məhəmməd Rəsulov və Mustafa Əbdi adlı iki başqa məhbus da sərbəst buraxılıb.
Cənab Nəiminin azadlığa buraxılması ilə bağlı dəqiq təfərrüatlar açıqlanmayıb.
Əkbər Nəimi, 22 Ynvar 2020-ci il tarixdə, Kəşfiyyat Nazirliyinin agentləri tərəfindən Tehrandakı iş yeri olan “milli hava yolları şirkətinin təmir bölməsində” tutulmuşdu və Evin Həbsxanasının 209 saylı Təhlükəsizlik Bölməsinə köçürülmüşdü. Azərbaycanlı mədəni fəal təxminən iki aylıq həbsdən sonra 200 milyon Tümən girov müqabilində sərbəst buraxılmışdı.
Əkbər Nəimi Batı Azərbaycan əyalətinin Xoy şəhərində anadan olub və mekanik mühəndisliyi fakültəsini bitirib. 2012-ci ildən bəri milli hava yolları şirkətinin təmir bölməsində çalışır. Lakin 2017-ci ilin Yanvarında tutulduğu gündən bəri işə qayıda bilmədi.
Əkbər Nəimi qeyri-hökumət təşkilatı olan “Evrin” və “Günəbaxan Dərnəyinin” Mərkəzi Şurasının üzvüdür. Azərbaycan ،Türkcəsi dilində təhsili sahəsində fəaliyyət göstərən bu qeyri-hökumət təşkilatlarının hər ikisi də məhkəmə qurumları tərəfindən bağlanmışdır.