Əhmədrza Cəlali edam hökmünün icrası üçün Tehranın Evin həbsxanasına köçürülüb
İran əsilli isveçli alim Əhmədrza Cəlali Tehranın Evin Həbsxanasının təkadamlıq kamerasına köçürülüb
İnsan hüquqları üzrə fəaliyyət göstərə HRA xəbər agentliyi bu haqda məlumat yayıb.
Universitet müəllimi və azərbaycanlı araşdırmaçı Əhmədrza Cəlali noyabrın 24-də ailəsi ilə telefon danışığında edam hökmünün icra olunması üçün Evin Həbsxanasının təkadamlıq kamerasına köçürldüyünü bildirib.
Əhmədrza Cəlali hazırda Tehranın Evin Həbsxanasının 209-cu bölməsinin kameralarının birində saxlanılır.
Cəlalinin vəkili HRA xəbər agentliyinə verdiyi müsahibədə müvəkkilinin edam olunma ehtimalından narahatlığını dilə gətirərək, insan haqları təşkilatları və İsveç hökumətinin səylərinin bu edamın həyata keçirilməsinin qarşısını almağa təsir göstərə biləcəyinə ümid edib.
Alimin həyat yoldaşı Vida Mehranniya bu xəbəri təsdiqləyərək, Əhmədrza Cəlali telefon danışığında edam hökmününün icrası üçün kameraya köçürüldüyünü və bunun həyat yoldaşı ilə son söhbəti ola biləcəyini deyib.
Sentyabrın 24-də Cəlali Evin məhkəməsinin hökmlərin icrası şöbəsinə aparılıb və oradan Evin Həbsxanasının karantin bölməsinə köçürülüb.
Cəlalinin transfer vərəqəsində onun edamının icrası üçün bir həftəyə qədər karantin bölməsində qalacağı bildirilib.
İsveç Xarici İşlər Naziri Ann Linde İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zəriflə bu mövzu ilə əlaqədar söhbət etdiyini elan edib və İsveç dövlətinin universitet müəllimi və tədqiqatçının edam edilməsinin qarşısını almağa çalışdığını bildirib.
Əslən İran Azərbaycanından olan alim Əhmədrza Cəlali 2016-cı ilin may ayında Tehran Universitetinin dəvəti ilə İrana səfəri zamanı təhlükəsizlik orqanları tərəfindən saxlanılaraq İsrailin xeyrinə casusluq ittihamı ilə həbs edilib. Daha sonra Tehran İnqilab Məhkəməsi 2017-ci ilin sentyabr ayında Cəlalini edama məhkum edilib. Qərar daha sonra İran Ali Məhkəməsi tərəfindən də təsdiq edildi.
Əhmədrza Calali tibb məktəbini bitirdikdən sonra İranda Təbii Fəlakətlər Mərkəzində çalışırıb. O, təhsilini davam etdirmək üçün 2009-cu ildə İsveçə köçüb və doktorluq dərəcəsi alıb. Cəlali professorluğunu İtaliyada Pierre Mento Universitetində bitirdikdən sonra həyat yoldaşı və iki uşağı ilə İsveçə yerləşib. Onun Pierre Mento Universitetindəki layihəsi az inkişaf etmiş ölkələrdə zəlzələ, sel və s. kimi təbii fəlakətlərdə tibbi mərkəzlərin fəaliyyətini yaxşılaşdırmaq idi.VOA