Əhməd Riza Cəlalinin edamı hökmü dayandırıldı
İranda saxlanılan İsveç-İran vətəndaşı Əhməd Riza Cəlalinin edamı hələlik dayandırılıb.
İkili vətəndaşın vəkili İran İnternational Xəbər Şəbəkəsinə bildirib ki, müvəkkilinin son 24 saat ərzində təqiblərinə görə Rəcai Şəhr Həbsxanasına köçürülməyib.
Həlale Musəviyan, Cəlalinin edam hökmünün təxirə salınmasının nə qədər davam edəcəyinin bəlli olmadığını və müvəkkilinin edam hökmünü ləğv etməyin yeganə yolunun İsveç hökumətinin İslam Respublikası məqamları ilə danışıqlar aparmaq olduğunu söylədi.
1 Dekabr 2020-ci il çərşənbə axşamı, Vida Mehranniya İranwire-ə həyat yoladşının edam hökmünü icra etmək üçün Kərəcdəki Rəcai Şəhr Həbsxanasına köçürüləcəyini söylədi.
Keçən həftə bir İsveç mediasına verdiyi bir müsahibəsində, həyat yoldaşının cəzasını çəkmək üçün təcridxanaya köçürüldüyünü elan etdi.
Buna cavab olaraq İsveç Xarici İşlər Naziri Twitter-də Cəlali ilə bağlı “Məhəmməd Cavad Zərif” ilə əlaqə qurduğunu yazdı. İsveçin edam cəzasını qınadığını və bu cəzanın qarşısını almaq üçün çalışacağını da tvit etdi.
Doktor Əhməd Riza Cəlali son illərdə universitet mərkəzlərinin dəvəti ilə İrana dəfələrlə səyahət etmiş bir “böhran dərmanı” mütəxəssisidir. İrana son səfərində, 25 may 2017-ci ildə, İsveçə qayıtmaqdan cəmi üç gün əvvəl həbs olundu. Cəlali, Mossad (İsrail Xüsusi Təyinatlı Əməliyyatlar və Kəşfiyyat İdarəsi) ilə əməkdaşlıq etmək və İranın nüvə alimlərinin məlumatlarını onlara verməklə Məsud Əli Məhəmmədi və Məcid Şəhriyarinin terror edilməsinə yardım etməklə günahlandırılır.
Son illərdə İslam Respublikası, digər ölkələrin vətəndaşlarını girov götürərək bloklanmış sərmayələrinin qabağının açılmasını və ya təhlükəsizlik qüvvələrinin sərbəst buraxılmasını tələb edir.
Keçən həftə İranda girov saxlanılan Avstraliya vətəndaşı Kylie Moore Gilbert üç iranlı ilə mübadilə edildi.
Bu üç nəfər Taylanddakı iqamətgahlarında baş verən partlayışdan sonra həbs olundu. Tayland hökuməti o vaxt bu şəxslərin Tayland torpağında bir İsrail diplomatının terrorunu planlaşdırdıqlarını söyləmişdi.