Əhərli tələbələrə qarşi cinsi istismarı ifşa edən jurnalist Arəş Şadmənd sərbəst buraxılıb
Əhər şəhərində bir Bəsici müəlliminin uşaqlara qarşı cinsi istismar xəbərini dərc etdiyi üçün həbs edilən Sehrama xəbər kanalının fotoqrafı və müxbiri Arəş Şadmənd, 19 Oktyabr 2021 Çərşənbə axşamı Evin Həbsxanasından sərbəst buraxılıb.
Iranwire-in əldə etdiyi xəbərlərə görə, Arəş Şadmənd məhkəmənin sonuna qədər 20 günlük həbsdən sonra 200 milyon Tümən girov qarşılığında sərbəst buraxılıb. Bununla birlikdə, Sehrama xəbər kanalının idarəedici direktoru və bu işdə tutulan başqa bir jurnalist Əbülfəz Purhüseynquli, hələ də Evin Həbsxanasının 2A bölməsindəki İnqilab Keşikçiləri Kəşfiyyatı Təcridxanasında saxlanılır.
Çərşənbə günü, 29 Sentyabr 2021-ci ildə ilk olaraq Əbülfəzl Purhüseynquli Doğu Azərbaycan əyalətinin Kəleybər şəhərindəki ofisinin qarşısında təhlükəsizlik qüvvələri tərəfindən, bir gün sonra isə Arəş Şadmənd Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən həbs edildi. İki jurnalist əvvəlcə Təbrizdəki təcridxanaya, sonra Tehrandakı Sarollah Qərargahının “Yek A” təcridxanasına, və nəhayət, Evin həbsxanasına köçürüldülər.
Jurnalistlər təhlükəsizlik qüvvələri tərəfindən Əhər şəhərindəki kənd məktəbində müəllim tərəfindən cinsi istismara məruz qalan uşaqla bağlı xəbərlər dərc etdikləri və izlədikləri üçün saxlanılıblar.
Tələbələrin ailələrinin bildirdiyinə görə, son iki ildə təqsirləndirilən şəxs bu 15 nəfərlik məktəbin qız və oğlan şagirdlərinə dəfələrlə cinsi istismar edib.
Hazırda iki şagirdin ailəsi cinsi istismar edən müəllimə qarşı şikayət edərək təqsirləndirilən şəxsin cəzalandırılmasını tələb edib. Lakin Əbülfəz Purhüseynquli hələ də həbsdə olarkən, İranwire-ə çatan xəbərlərə görə, istismarda bulunan müəllim keçən həftə azad edilib.
Əhərli tələbələrə cinsi istismar ilə günahlandırılan şəxsin təxminən 50 yaşı var və bu şəhərdə yaşayan Bəsici bir müəllimidir. Onun Əhərdəki cümə namazının imamı və başqa dini və siyasi qurumlarla əlaqəsi, istismara məruz qalan uşaqların ailələri və həbsdə olan jurnalistlərin siyasi şəxsiyyətlərin bu işdə mümkün təsiri ilə bağlı narahatlıqları artırıb.