Ədliyənin sözçüsü: Quranın hökmlərinə dayanaraq edam edirik
Nima Seraciyan Təbrizi, Əli Keşvəri və Arvin İbrahimi 2022-ci il oktyabrda Təbriz Universitetində öyrənci mitinqləri ilə eyni vaxtda həbs edilmiş və bir müddət sonra sərbəst buraxılmışdır. Onlar sərbəst buraxılıb Təbriz Universitetinə getdikdən sonra bu universitetin mühafizəsi onlara bu universitetdən qovulduqlarını bildirib.
Məlumatlı mənbələrin bildirdiyinə görə, Təbriz Universitetinin mühafizəsi onlara yazılı əmr təqdim etmədən və Nima Seraciyan Təbrizi, Əli Keşvəri və Arvin İbrahimini bu universitetdən qovulma bəhanəsi ilə universitetə daxil olmasına mane olub, öyrənci kartlarını yırtıb və girişlərinə icazə verilməyib və bu üç öyrənci ilə Təbriz Universitetinin səlahiyyətliləri arasında bir görüşə icazə verməyib..
2022-ci ilin Sentyabr ayının ortasında və müxtəlif bölgələrdə, o cümlədən Azərbaycanda etirazlar başlayandan sonra universitetlər də kütləvi öyrənci etirazlarına səhnə oldu. Bu müddət ərzində yüzlərlə öyrənci həbs edilib, bir neçə öyrənci universitetlərdən qovulub, bəziləri isə həbs və şallaq cəzalarına məhkum edilib.
#ümumi_etirazlar #Təbriz