Azərbaycanın Tehrandakı səfirliyinə törədilən terror aktını qətiyyətlə məhkum edirik !
Bu gün saat 8:30-da Azərbaycanın Tehrandakı səfirliyi amansız və terror aktına məruz qalıb və avtomat silahla silahlanmış şəxs Azərbaycanın Tehrandakı səfirliyinə hücum edərək səfirliyin əməkdaşlarını vəhşicəsinə güllələyib. Bu terror cinayəti nəticəsində səfirliyin əməkdaşlarından biri ölüb, ikisi isə yaralanıbdır.
Səfirliyin girişindən yayılan videogörüntülər çox dəhşətli bir hadisədən bəhs edir. Silahlı basqınçı maşını ilə səfirliyin qarşısına gəlir və avtomat silahı ilə maşınından düşür. Səfirlik mühafizəçisi bütün heyrəti ilə mühafizə köşkündən belə çıxmır. Xəbərlərdə hücum edən şəxsin İran polisi tərəfindən tutulduğu və dindirildiyi bildirilir.
Eyni zamanda xatırlatmalıyıq ki, İran İslam Respublikasının uzun illər Azərbaycan hökumətinə qarşı təxribatları və nifrət kampanısı, Qarabağ müharibəsində Ermənistanı dəstəkləməsi və xüsusilə də Azərbaycan, Rusiyə və Ərmənistanın üçtərəfli sazişə açıq-aşkar etiraz etməsi və Zəngəzor dəhlizinin anlaşmaı haqda təxribat aparmaq, Araz çayı boyunca Azərbaycana qarşı hədələyici hərbi manevrlərin həyata keçirilməsi Tehranda terrorçu ünsürlərin Azərbaycana qarşı cəsarət göstərməsinə zəmin yaratmasını vurqulamq lazimdir. Eyni zamanda, İran polisi və Kəşfiyyat Nazirliyinin bu çirkin və terror aktının həyata keçirilməsinin qarşısının alınmasında diqqətsizliyi və məsuliyyətsiz davranışı da diqqətdən kənarda qalmamalıdır.
Azərbaycan Demokratik Birliyi, ADB, Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş amansız və terror aktını qətiyyətlə pisləyir, eyni zamanda Azərbaycan səfirliyinin əməkdaşlarından birinin həlak olması ilə əlaqədar Azərbaycan hökumətinə və xalqına başsağlığı verir, və bu ağrılı hadisədə yaralananların tezliklə sağalmasını arzulayır.
Azərbaycan Demokratik Birliyi
2023/01/27