“Şərqi Azərbaycan əhalisinin 18 faizi koronavirus daşıyır”
Təbriz Tibb Universitetinin rektoru doktor Məhəmməd Hüseyn Somi Şərqi Azərbaycan vilayətində əhalinin təqribən 18 faizinin Covid-19 virusunu daşıdığını bildirib.
İSNA xəbər agentliyinə istinadən, Tibb Universiteti və səhiyyə xidmətinin rəhbəri həyata keçirilən testlərin nəticələrinə əsaslanaraq deyib ki, vilayətdə hər 100 nəfərdən 18-i virusa yoluxub.
Doktor Sominin sözlərinə görə, may ayının 28-ə qədər Şərqi Azərbaycan vilayətində testdən keçirilənlərin 8820 nəfərində Covid-19 infeksiyası aşkarlanıb. VOA