Rejim azərbaycanlı milli-mədəni fəal Əlirza Fərşini Evin zindanının karantin bölməsinə saldı
Koronavirus təhlükəsinin olmasına baxmayaraq azərbaycanlı milli-mədəni fəal Əlirza Fərşini Evin həbsxananın 209-cu bölməsində 75 gün saxlandıqdan sonra onu 4-cü bölmənin karantin hissəsinə köçürüb.
Zindanın 4-cü bölməsində saxlanılan azərbaycanlı fəal Tövhid Əmir Əmini və Kazım Səfabəxş yaxınları ilə telefon əlaqəsi saxladıqları zaman bu barədə xəbəri təsdiqləyiblər.
Günhaı türk dilində kitab alıb Güney Azərbaycanın ucqar kəndlərində kitabxanalar təşkil etmək olan Əlirza Fərşi belə bəyənilən fəaliyyətinə görə irqçi fars-molla rejiminin qəzəbinə tuş gəlib və 2019-cu il dekabrın 29-da rejimin təhlükəsizlik qüvvələri tərəfindən öz iş yerində yaxalanaraq həbs edilib.
Azərbaycanlı fəal həmçinin 2014-cü ildə Beynəlxalq Ana Dili Günü mərasimində iştirak etdiyi üçün heç bir günahı olmadan rejimin Tehrandakı Apellyasi Məhkəməsinin 54-cü şöbəsi tərəfindən 2 il həbs və 2 il sürgün cəzasına məhkum edilib. İrqçi fars-molla rejimi koronavirus təhlükəsinə görə bir sıra məhbusları zaminə buraxsa da, azərbaycanlı siyasi məhbusları zindanlarda təhlükə qarşısında qoymaqdadır.