Josep Borrell Avropa Komissiyasının xarici siyasət və təhlükəsislik işləri üzrə yüksək nümayəndəsinə açıq məktub
Biz sizə bu məktubu İran xalqının əksəriyyətinin mövcud vəziyyətinə diqqətinizi cəlb etmək üçün yazırıq.
Bu məktubu “İranda azadlıq və ədalət üçün həmrəylik müqaviləsi” adından yazırıq. Bu müqavilənin üzvləri on siyasi partiyanın yaranmışdır ki azadlıq, ədalət uğrunda mübarizə aparır, eyni zamanda İranda federal, demokratik və layik bir respublikanın qurulması hədəfinə çatmaq üçün çalışan İran müxalifətidirlər.
Hörmətli nümayəndə Borrell,
Bildiyiniz kimi, İran rejimi yanvarın 8-nə keçən gecə İslam Respublikası ilə ABŞ arasında münaqişə daha da artdı və hətta savaş təhlükəsinə qədər getdi ki bunun nəticəsində İran hava quvvələri raket ilə Bir Ukraina sərnişin təyyarəsinə atəş açıb onu partladaraq 176 günahsız şəxsin ölümünə səbəb oldu.İran fəlakət üçün məsuliyyəti elan etməyə hazır olmadıqları üçün üç gün susdular ama sonunda, beynəlxalq ictimaiyyət və mərhumun ailə üzvləri tərəfindən edilən böyük təzyiqlərdən sonra hökumət bu işiə etiraf etui lakin hadisənin “insan cəhvi” səbəbiylə baş verdiyini və baş verməməli olduğunu bildirdi. Buna görə rejim bir daha öz cinayətləri üçün tam məsuliyyət daşımaqdan imtina etdi və çalışdı ki bu hadisəni ABŞ ilə savaş nəticəsi kimi və Bir şəxsin “insan xətası” kimi qələmə versin.
Hadisədən sonra minlərlə insan bir daha insan həyatının dəyərini düşünməyən bu rejimə etiraz olaraq küçələrdə nümayişlərə çıxdı.
İslam Respublikasının müxaliflərinə zülmü, mənasız həbs cəzası, barbar həbsxanaları, işgəncə və qətllər kimi əsas insan haqlarının böyük pozuntuları 40 illik hakimiyyətin ömrü ilə sıx bağlıdır.
Hörmətli nümayəndə Borrell,
25 noyabr 2019-cu ildə başlayan benzin qiymətlərinin kəskin artmasına, işsizliyə diqqəti yönəltmiş və yalnız daha yaxşı həyat səviyyəsi istəyən xalq, söz azadlığı və müstəqil təhsil hüququna yönəlmiş ayaqlaşmalardan və İranın saysız-hesabsız şəhərlərindəki etirazlardan,xəbərdarsınız. İran rejimi bu etirazlara terrorizm və xaricə bağlı muzdurların işi adı qoydu və silahlı qüvvə ilə cavab verdi. İnsanlar eyvanlardan snayperlər tərəfindən nişan alınıb vuruldu. Bütün bunlar qəsdən baş verdi və birbaşa Rejimin əmri ilə edildi.Şahidlərrə görə hətta uşaqların da başından bilərəkdən vurulduğunu söyləndi. Qeyri-rəsmi hesablarda 1500-dən çox insanın öldürüldüyü və 7000-dən çox insanın həbs olunduğu bildirilir.
Bu günə qədər, rejim o vaxt neçə nəfərin öldüyünü və neçə nəfərin həbs olunduğunu elan etməkdən imtina etdibdir. Bir çox şahidin sözlərinə görə, hökumət məmurları həlak olanların meyitlərini və hətta yaralanan etirazçılarıxəstəxanalardan çıxarıb və onları naməlum yerlərdə gizlədubdir ki cinayətinin boyutlarını gizlətsin.
Etibarlı mənbələr bildirirlər ki, bir çox etirazçı meyiti müxtəlik yerlərdə tapılb və həbsxanada olanların həyatlarından və sağlıq durumlarından nigaraçılıq var.Bütün bu hərəkətlər birbaşa Xamenei tərəfindən əmr edilmiş və 1979-cu ildən bəri İslam Rejimi hakimiyyətə gəldikdən sonra olduğu kimi hökumət rəsmi məqamlarıtərəfindən həyata keçirilməkdədir.
İran rejimi bu cinayətlərini qarşılamaq üçün bir ara interneti bağladı.
Birləşmiş Millətlər Təşkilatının ya BMT nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Bachelet İranda baş verən çoxsaylı itki ilə bağlı narahatlığını dilə gətirdi. O bəyanatında, noyabr ayından başlayan etiraz aksiyalarından bəri İranın 31 rayonundan azı 28-dən çoxunda 7000-dən çox insanın həbs olunduğunu yazdı və bundan əlavə, Ali Komissar etirazçılara fiziki ziyan vurmasından narahat olduğunu bildirdi. Məhkumların hüquqi yardım və ya ədalətli məhkəmə araşdırması üçün heç bir fürsət olmadığı ehtimalını da aydınlaşdırdı. Nəticədə bir çox edamdan qorxmaq lazımdır, dedi.
18 dekabr 2019-cu ildə BMT İnsan haqları kamitəsinin baş Assambleyası İrandakı insan hüquqlarının pozulmasını pisləyən qətnamə qəbul etdi. Bundan əlavə, Amnesty İnternational İrandakı mövcud vəziyyətlə bağlı hesabat verdi.
Butün bu raportlar Tehrandakı rejimin insan hüquqlarının daim pozulduğunu və İran ordusu, polis və İran hökumət agentlərinin sivil uniformada insanlığa qarşı törətdikləri cinayətləri sənədləşdirir.
Müxaliflərini Edam edib və ya azadlıqdan məhrum etmə,ya uzun işkıncəli həbs cəzalarına çarpmaq bu rejimin artıq bir bəlli metodu olmuşdur.
1988-ci ildə İran-İraq müharibəsinin sona çatması ilə əlaqədar BMT-nin 598 saylı qətnaməsi qəbul edildikdən sonra üç ay ərzində Xomeyninin əmri ilə 5000 yaxın siyasi məhbus güllələnib ya asılıb öldürüldü. Ölənlər gizli məzarlara bəzən toplu şəkildə basdırıldılar və Rejim ailələrə sevdiklərini harada tapacağını söyləməkdən belə imtina etdi.
Yazarlar və ziyalıların oöurlanıb öldürülməsi,rejimin dünyagörüşünə uyğun gəlmədiyi zaman şəxsləri xaricdə göndərdiyi qatil ekipləri ilə terror etmək, və ya nəhayət düşmənlərini “xarici agent” adlandırmaq vasitəsilə edam etmək bu rejimin qalın cinayət dosyasına daxildir.
Bu günə qədər minlərlə insan həbs edildi, lakin minlərlə insanda ən ibtidayi haqları üzrə mübarizələrinə dəvam etməkdədir.
Hörmətli nümayəndə Borrell cənabları,
İran xalqı daha yaxşı həyat, azadlıq və ədalətə suszular. İnsan haqları sahəsində humanitar yardıma və qlobal dəstəyə ehtiyacı var.
Bu fəlakət fonunda sizdən İran rejiminə təzyiq göstərməyinizi xahiş edirik:
Etirazlar zamanı öldürülmüş və ya tutulan şəxslərin sayı, bizbütün siyasi məhbusların azad edilməsn istiyirik;
Həlak olanların ailələrinin hüquqlarının təmin edilməsi;
Öldürülənlərin yaxınlarının ədalətli sağlama imakanları və onlara təzminat ödənməsi;
Hadisələrin müstəqil araşdırılmasını təmin etmək;
UN-Chartada yazıldığı kimi İran xalqına yalnız etiraz, tətil və müstəqil təhsil hüququ vermək;
BMT rəsmilərinin daimi araşdırma aparmaq üçün İrana girməsinə imkan yaratmaq və İnsan haqlarının pozulması, xüsusilə son etirazlarda baş verənlərin araşdırılması.
Destek üçün öncədən sizdən təşəkkür edirik və hörmətlərimizi yetiririk.
“İranda Azadlıq və Ədalət üçün Həmrəylik Müqaviləsi”
Azərbaycan Demokratik Birliyi_Birlik
İran Demokratik və layik Respublikaçılar Hərəkatı
Əhvaz Demokratik Həmrəylik Partiyası
İran Kürdüstan Demokratik Partiyası
Kürdüstan Demokrat Partiyası
İran Kürdüstan Komalah Partiyası
İran Xalq Fədayiləri Birliyi
Baluç Xalq Partiyası
İranın Sol Sosialistlərinin Müvəqqəti Şurası
Kürdüstan İşçiləri Komala
21 yanvar 2020