Üçüncü Qurultayın sonuclanma raporu
Azərbaycan Demokratik Birliyi – Birlik üçüncü qurultayın lazimi hazırlıqlardan sonra keçmiş İdarə heyətinin təkliflərini qəbul edərək keçirrdi və sentyabr 8, 2019-da növbəti qurultayın uğurla başa çatdırdı. Təhlükəsizlik nədənlə üçün bu qurultay “ictimaiyyətə açıqlamama” siyasətini seçdimişdir.
Azərbaycan Demokratik Birliyinin üçüncü qurultayı İranda və xüsusile Azərbaycanda türk xalqının özgürlük və qurtuluş uğurund həyatlarını itirən mubarizleri naminə bir dəqiqəlik sükut ilə başladı. İrandakı, bölgədəki, Azərbaycandakı və dünya üzrə mövcud aktuəl vəziyyəti qısaca gözdən keçirəndən sonra, qurultaya təklif olunan sənədlər müzakirəyə qoyuldu.
Sənədlər arasında İkisi önəmli ve keçmişdə onaylanan ” Birlikin pilatform və əsasnaməsi” ginədə vurğulanmaq üçün qurultayın gündəmində yer tutmuşdur. Qurultay “Pilatform və Əsasnamə”ni bir daha təsdiq edərək, “İranın gələcək Federal cumhuriyətində dil siyasəti” sənədini müzakirə etdi və bu haqda alınan qərar Pilatforma əlavə edildi.
Yuxarıda adı çəkilən sənədlərdən başqa , Azərbaycan Demokratik Birliyinin üçüncü qurultayı baş verməkdə olan mövcud siyasi iqtisadi durumu, türk milli hərəkatının siyasi paralel stratejisi, ittifaqlar, reqional və qulobal siyasət və İran İslam cumhuriyəti ilə münasibətimiz haqda sənədlər qəbul etdi. Üçüncü qurultay tərəfindən qəbul edilən başqa bir sənəd İranda/Azerbaycanda Türk milli demokratik hərəkatının indiki dövrünün şüarlarına yönəlik təsbitlər oldu.
Bu aşamada türk hərəkatının təşkilatlanması önəmi və Demokratik Federalizim cəbhəsin Azerbaycan/İran sahesində güclənməsi üçün Türk xalqına və türk aktivistlere müraciət etmiş və hərəkatımızın gücləmnəsi üçün onları Birlikin sıralarına qatılmağa dəəvət etmisdir.
Üçüncü qurultay təklif olunan sənədləri təsdiqləndikdən sonra yeni icra komitəsinin üzvləri və Birlikin iki yeni sözçülərini seçilmişdir. Üçüncü qurultay Simin xanım Səbri və Səid bey Əzizini, gələcək devrə və növbəti qurultayadək Birlikin sözçüləri olaraq seçmişdir.
Üçüncü qurultay tərəfindən təsdiq olan sənədlər ən qısa zamanda türk və fars dilində nəşr olacaqdır.
Qurultay üyələri yeni seçilənləri təbrik edərək öz çalışmasın uğurla sona çatdırmışdır.
Azərbaycan Demokratik Birliyi – Birlik
Üçüncü qurultayın duzənləmə Komitəsi