Züleyxa Qazizadə bir neçə dəqiqə əvvəl həbs edilib
Ərdəbil şəhərində milli fəallardan olan Züleyxa Qazizadə bir neçə dəqiqə əvvəl həbs edilib. Xanım Qazizadənin həbsinin səbəbləri barədə hələ ki, məlumat yoxdur.
Ötən həftələrdə Urmiyə gölünün qurumasına etiraz aksiyası keçirmək üçün Ərdəbil valiliyindən icazə almaq məqsədilə xanım Qazizadənin evində toplantı keçirilmişdi
Digər azərbaycanlı fəal Mehrdad Şeyxi də Ərdəbildə atasının evində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
Həmçinin Ərdəbil şəhərindəki Kəşfiyyat Nazirliyinin qüvvələri Yusif Kari və Fərşid Piçqanlının evlərinə hücum edərək bu şəxsləri həbs etməyə çalışsalar da, evdə olmadıqları üçün həmin şəxsləri həbs edə bilməyiblər.
Habelə Milli Hərəkat fəallarından olan İrəc Şirzad bu gün səhər saatlarında anasının gözü qarşısında həbs edilərək onlarla kəşfiyyatçı tərəfindən vəhşicəsinə döyülərək naməlum yerə aparılıb.