Bakıda İran səfirliyinə etiraz: “Ananın səsinə səs verin”
Bir həftədən çoxdur İranda itkin düşdüyü güman edilən Azərbaycan vətəndaşı Fərid Səfərlinin ailəsi və yaxınları cümə günü İranın Azərbaycandakı səfirliyinin qarşısında aksiya keçiriblər.
Onlar mart ayının 4-dən bəri Fəriddən xəbər ala bilmədiklərini deyirlər.
Yaxınları Almaniyada təhsil alan Fərid Səfərlinin eyni universitetdə təcrübə keçən sevdiyi qızı görmək üçün fevralın 20-si Tehrana getdiyini deyirlər.
Ailəsi deyir ki, Fərid martın 5-də Almaniyaya qayıtmalı olsa da, martın 4-dən etibarən telefonu sönüb və onunla əlaqə itib.
Məsələ ilə bağlı İranın Azərbaycandakı səfirliyindən məlumat almaq mümkün olmayıb.
Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı İranın Azərbaycandakı səfirliyinə nota verib.
Aksiyadan videonu BBC üçün Şəhla Kərim çəkib.
Videoya YouTube kanalımızda baxın.