Ümumi etirazlar; Azərbaycanda həbs, girov götürmə və tətillər dəvam edir
Ümumi etirazların davam etməsi və İslam Respublikasının xalqın ayaqlanmasına son qoya bilməməsi çabaları ilə eyni vaxtda təhlükəsizlik qüvvələri Təbrizdə “Armita Pavir”, “Nima Rəhimi” və “Hənan Müəzzn”, Urmiyədə “Davud Kabali” və Zəncanda “Artan Sepehri”ni həbs ediblər. Ayrıca Riza Cudinin atası Səyyad Cudi, oğlu evdə olmadığı üçün məmurlar Ərdəbildəki evinə basqın etdikdən sonra həbs olundu və Təbrizin ədliyyə orqanları isə Saleh Molla Abbbasinin qızı Pınar Molla Abbbasinin aclıq aksiyası haqqında məlumat verdiyinə görə onu universitetdən qovmaqla hədələyib.
İranwire-ə çatan xəbərlərə görə, Təbriz Ümumi və İnqilab Prokurorluğu səlahiyyətliləri Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasında saxlanılan məhbus Saleh Molla Abbbasinin qızı Pınar Molla Abbbasi atasının xəbəri ilə bağlı məlumat verdiyi üçün universitetdən qovulmaq ilə hədələyib. Saleh Molla Abbbasi Əhərdə yaşayan mədəni fəaldır. O, 1401-ci il oktyabrın 19-da evində həbs edilmiş və Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasına köçürülmüşdür. Saleh Molla Abbbasi 2022-ci il oktyabrın 29-dan həbsxanada saxlanma və qərarsızlığa etiraz olaraq aclıq aksiyası keçirir. Aclıq aksiyasının 13-cü günündə ona vəkillə görüşmək, ailəsi ilə görüşmək və effektiv tibbi xidmətlərdən istifadə etmək hələ də qadağan edilib.
Urmiyədə təhlükəsizlik orqanları Davud Kabalini 26 Oktyabr-da həbs etdilər. Bu mədəni fəal Urmiyə Kəşfiyyat və Təhlükəsizlik Təcridxanasına (9 Pillə) köçürüldükdən sonra şiddətli döyülüb. O, 30 Oktyabrda bu təcridxanadan Urmiya Mərkəzi Həbsxanasına köçürülüb.
Təbrizdə Azərbaycan Mədəni Universitetinin tələbəsi Armita Pavir bu universitetin qarşısında həbs edilib. Təbrizdə küçə etirazlarının davam etdiyi bir vaxtda təhlükəsizlik qüvvələri bu şəhərin sakinləri Nima Rəhimi və Hənan Müəzini də həbs edib.