O, həmçinin Tehranda 200 məktəb şagirdi və 200 universitet tələbəsinin saxlanıldığını açıqlayıb və onların əhəmiyyətli bir hissəsinin zaminə buraxıldığını bildirərək, deyib ki, “mütləq bu tələbələr üçün siyasi və təhlükəsizlik cinayət qeydi olacaq”.
Parlamentin Şuralar və daxili işlər komissiyasının üzvü olan Təbrizin məclisdəki nümayəndəsi Fəşafuyə həbsxanasının bu qədər məhbusun saxlanılması üçün lazımi imkan və tutuma malik olmadığını vurğulayıb. Elə buna görə də, o, həmin həbsxanada məhkumların sağlamlığ, qidalanması və telefona çıxışı baxımından çatışmazlıqların yarandığını bildirib.
Əlirza Beygi onu da bildirib ki, Faşafuyə həbsxanasında saxlanılan 3000 nəfərdən 835-i istisna olmaqla, hamısı mülki zəmanət qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb.
Evin həbsxanasında baş verən yanğına da toxunan millət vəkili “Evin həbsxanasındakı qarışıqlıq və orada baş verənlərə görə oradakı 1300-ə yaxın məhbusun Fəşafuyə həbsxanasına köçürüldüyünü” bildirib.
Evin həbsxanasındakı yanğında səkkiz məhbus həyatını itirib, ancaq həbsxana rəsmiləri, hələ ki, hadisənin təfərrüatlarını ictimaiyyətə açıqlamayıb.
Əlirza Beyginin Evin həbsxanasından 3 min məhbusun Fəşafuyə həbsxanasına köçürülməsi ilə bağlı açıqlamasını dərc edən “Sazandegi” qəzeti, daha 3 min məhbusun da Evin həbsxanasında saxlanılma ehtimalının olduğunu təxmin edib. Belə ki, Tehranda etiraz aksiyalarında tutulan etirazçılardan təqribən yarısı Evin Həbsxanasından Böyük Tehran Həbsxanasına köçürülüb.
Qazətdə həmçinin yazılıb ki, “Bu, Tehran vilayətində son bir ayda baş verən iğtişaşlar zamanı yəqin ki, 3000-dən çox adamın həbs edildiyini göstərir, lakin bu onu da göstərir ki, əgər hər vilayətdə orta hesabla, ən azı, 500 nəfər həbs edildiyi nəzərə alınarda, son iğtişaşlarda ölkə bütövündə 20 min insanın həbs edildiyi güman edilir.”
Fəşafuyə Həbsxanası ağır cinayətlər və narkotiklə əlaqəli ittihamlarla həbs olunan məhbuslar üçün nəzərdə tutulan bir həbsxanadır və çox məhdud imkanlara malikdir. Bu həbsxanaya 2019-cu ilin payızında İranda baş verən kütləvi etirazlardan və minlərlə etirazçının həbsindən sonra ABŞ Maliyyə Nazirliyi tərəfindən sanksiya tətbiq edilib.