Məhəmməd Nəjad Fəşafuye Həbsxanasında qeyri_müəyyən vəziyətdə saxlanılır
Şərif Universitetinin aerokosmik mühəndisliyi fakültəsinin Azərbaycanlı öyrəncisi Məhəmməd Nejad həbs olunduqdan sonra bir aydır ki, Tehranın Fəşafuye həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılır.
Bu Azərbaycanlı öyrəncinin yaxınları məlumat veriblər ki, ailənin prokurorluğa müraciət etməsinə baxmayaraq, işin müstəntiqi indiyədək 500 milyon tümənlik girov və Məhəmməd Nejadın müvəqqəti sərbəst buraxılmasını qəbul etməkdən imtina edib.
Qeyd edək ki, Məhəmməd Nəjad sentyabrın 21-də Tehranda həbs edilib və Fəşafuye Həbsxanasına köçürülüb.
#ümumi_etirazlar