Tutuqlanan Kəleybərli musuqiçinin vəziyətindən xəbərsizlik dəvam edir
İranwire-ə çatan məlumatlara görə, İnqılab Keşıkçılərinin kəşfiyyatı 2022-ci il iyunun 21-də Mahmud Mahmudini həbs edərək naməlum bir yerə köçürüb. Bu xəbər dərc olunana qədər bu vətəndaşın həbsinin səbəbləri, köçürülmə yeri və son durumu ilə bağlı heç bir məlumat yoxdur.
Mahmud Mahmudi Doğu Azərbaycan əyalətinin Kəleybər şəhərində yaşayan musiqiçi və mədəni fəalıdır. O, son illərdə mədəni fəaliyyətinə görə bir neçə dəfə həbs olunub. Görünən o ki onun bu yaxınlarda həbsi, “Babək qalası”nın illik qurultayı ilə bağlı dərc edilmiş çağırışlarla əlaqədardır. Cənab Mahmudi öncəki illərdə mitinqlə eyni vaxtda həbs edilmişdi.
Babək Qalası Qurultayı hər iyul ayında Kəleybər bölgəsindəki Babək qalasında keçirilən mədəni və vətəndaş aksiyasıdır. Mərasimdə küçə teatrı, şeir oxunuşları və aşıqların Azərbaycan sazları ilə ifası da var. Babək Qalası toplantısını Azərbaycanlı mədəni fəalları təşkil edir və burada İranın hər yerindən vətəndaşlar iştirak edir. Babək Qalası Qurultayı bir növ İrandaki Türklərin mədəniyyət festivalıdır. Lakin hər il Babək qalasının toplanması ilə eyni vaxtda İslam Respublikası mədəni fəalları və mərasimdə iştirak edən vətəndaşları həbs edir.
#Azərbaycan_xəbərləri #Babək_Qalası