Cəfər İsmayılzadə Təbrizdə həbs edilib
Təbrizdə yaşayan Azərbaycanlı mədəni fəal Cəfər İsmayılzadə dünən, 2022-ci il iyunun 8-də şəxsi evinin qarşısında təhlükəsizlik işçiləri tərəfindən həbs edilib.
Iranwire-in əldə etdiyi daxil olan xəbərə görə, təhlükəsizlik əməkdaşları cənab İsmayılzadənin evində axtarış aparıb və onun oğlu Milad İsmayılzadənin (Atila) mobil telefonunu, ayrıca üç fleş diskini götürüblər.
Bu Azərbaycanlı mədəni fəalın həbsinin səbəbləri, mümkün ittihamlar və ya harada olması barədə məlumat yoxdur.
Bundan öncə Təbriz İnqilab Məhkəməsinin Birinci Şöbəsi Cəfər İsmayılzadəni və oğlu Atila İsmayılzadəni “Bildiriş və vərəqələr yaymaqla rejim əleyhinə təbliğat aparmaq və reklam lövhələrində rejim əleyhinə yazılan materialların fotolarını çəkib kiberməkanda yayımlayır” ittihamı ilə 6 ay həbsə məhkum edib. Hökm Apellyasiya Məhkəməsinin 3-cü Şöbəsi tərəfindən qüvvədə saxlandı və bu fəallar həbsə məhkum ediliblər.
#Azərbaycan_xəbərləri #mədəni_fəal