Əkbər cəhani Təbrizdə həbs edildi
mayın 19-də Traktor və Perspolisin yarım qalan oyunundan sonra, şair, “Traktor” komandasının tərəfdarı Əkbər Cəhani təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
Bu xəbər yazıldığı vaxta qədər onun həbsinin dəqiq səbəbləri və köçürülmə yeri barədə məlumat yoxdur.
Xatırlatmalıyıq ki dünən Təbrizdə keçirilən oyunda hakimin qərarı ilə bu oyun 70-ci dəqiqədən sonra yarım qaldı.
Ayrıca Təbrizdə yaşayan mədəni fəallar “Davud Şiri” və “Əyyub Şiri” 19 May 2022-ci il cümə axşamı günü bu şəhərin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək naməlum bir yerə aparılıblar.
Əyyub və Davud Şiri qardaşları bugün qısa bir telefon danışığı zamanı Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin təcridxanasında olduqları barədə ailələrinə məlumat veriblər.
#Azərbaycan_xəbərləri #həbs