24 İyul etirazları; Məhəmməd Mərdi şallaq və cərimə ödəməyə məhkum edilib
Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin 2-ci şöbəsi Xuzistan etirazlarına dəstək məqsədilə 24 İyulda Təbrizdə keçirilən mitinqlərdə saxlanılan “Məhəmməd Mərdi”ni şallaq və cərimə ödəməyə məhkum edib.
İranwire-in ildi etdıyı məlumata görə, hakim Əliqulu Kərimzadənin sədrliyi ilə keçirilən Şərqi Azərbaycan Apellyasiya Məhkəməsi Məhəmməd Mərdini “iğtişaşlar yaratmaqla ictimai asayişi pozmaqda və Xuzistan əyalətindəki iğtişaşlara dəstək məqsədilə qanunsuz etiraz aksiyalarında iştirak etmək” ittihamı ilə 91 gün həbs yerinə iki milyon 500 min tümən pul və 74 şallaq cəzasına məhkum edib. Bu cəza 5 il müddətinə təxirə alınıb.
Məhəmməd Mərdi Təbrizdə yaşayan mədəni fəaldır və su böhranına etiraz olaraq Xuzistan ərəb xalqına dəstək məqsədilə Təbrizdə keçirilən küçə aksiyalarında saxlanılanlardan biridir. O, 24 İyulda təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmiş və 11 Avqustda dindirməsi bitdikdən sonra Təbriz Mərkəzi Həbsxanasına köçürüldü və 14 Avqustda da məhkəməyə qədər sərbəst buraxıldı.
Mədəni fəalların və İslam Respublikası müxalifəti Azərbaycan partiyalarının, çağırışlarının yayımlanmasından sonra, 24 İyul 2021-ci il tarixində “Təbriz” şəhəri, bu şəhərin vətəndaşlarının Xuzistan xalqına dəstəyi və hökümətin səmərəsizliyinə qarşı etiraz aksiyalarına şahid oldu. Etiraz aksiyaları zamanı və ondan öncə və sonra Təbriz, Ərdəbil, Urmiyə, Nəsimşəhr, Bostanabad və Sefidan (Spiran) şəhərlərində onlarla Türk mədəni fəal həbs edildi. Son aylarda onlarla etirazçı həbsə, şallaq və cərimələrə məhkum edilib.