İsrail xarici işlər naziri: İran xalqı bilməlidir ki, onların acınacaqlı həyatının səbəbi İslam Respublikasıdır
İsrail xarici işlər naziri Yair Lapid fars dilində bir twittdə yazıb: İran xalqı bilməlidir ki, onların acınacaqlı həyatının səbəbi İslam Respublikasıdır.
Lapid bu twitti İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyanın dünənki twittinə cavab olaraq yazıb. Abdullahiyan demişdi, İsrail xarici işlər nazirinin bu ölkənin İrana hücum edə bilməsi ilə bağlı dediklərini mübaliğədi və bunu “dəvənin yuxuda pambıq görməsi” adlandırmışdı.
İsrailin xarici işlər naziri Əmir Abdullahiyana cavab olaraq yazıb: “İranın ekstremist rejimi İsraili məhv etməklə hədələyir, lakin həmişə olduğu kimi bu döyüşdə məğlub olacaq. Rejimin uğursuz rəhbərliyi İranı daxildən məhv edir”.
Yair Lapid davam edib: “İran xalqı bilməlidir ki, onların acınacaqlı həyatının səbəbi İslam Respublikasıdır. İranlı şairi Sədinin dediyinə görə: “Pis yaxşı olamaz, çünki təməli pisdir”.
Başqa bir twittində İsrailin xarici işlər naziri vurğuladı: “İsrail güclüdür və xalqının zərər görməsinə imkan verməyəcək”.
İslam Respublikası və İsrailin xarici işlər nazirləri arasında şifahi mübahisə Avstriyanın paytaxtı Vyanada keçirilən JCPOA anlaşmasınn canlandırılması üçün aparılan danışıqların ortasında baş verir.
İsrailin xarici işlər naziri daha demişdi ki, İranla nüvə danışıqları dayandırılsa, Batı “mötəbər hərbi təhdid” variantını masaya qoymalıdır.
O vurğulayıb ki, İsrail və onun Batı müttəfiqləri İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün etibarlı hərbi təhdid yaratmalıdırlar.
Bununla belə, Lapid deyib ki, o və yüksək səviyyəli İsrail rəsmiləri İranla “yaxşı anlaşmaya” qarşı deyillər.