Təbriz Məhkəməsi türk fəal Ruzbeh Pirini 6 il həbsə məhkum edib
Təbriz İnqilab Məhkəməsi “İslam Respublikası nizamına qarşı təbliğat” və “nizama müxalif qruplaşmalara üzv olmaq”da ittiham etdiyi türk fəal Ruzbeh Pirini 6 il həbsə məhkum edib.
Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, hakim Fəthnejad fəala “nizama qarşı təbliğat fəaliyyəti göstərmək” ittihamından 1 il, “nizama müxalif qruplaşmalara olmaq”dan isə 5 il həbs cəzası kəsib.
Keçən sentyabr ayının 9-da İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınan Ruzbeh Piri 20 gün nəzarətdə qaldıqdan sonra mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.
Pirinin nəzarətdə olduğu günlərdə ailəsi onun ağır şəkildə döyüldüyünə dair məlumat yaymışdı. Ancaq Təbriz Məhkəməsi milli fəalın onu döyən təhlükəsizlik qüvvələrinə qarşı şikayətini təmin etməyib.
Ruzbeh Piri və qardaşı Yaşar daha əvvəl də fəaliyyətləri səbəbilə dəfələrlə həbs, mühakimə və işgəncəyə məruz qalıblar.