Əhər həbsxanasında məhbuslarin kütləvi aclıq aksiyası
Əhər həbsxanasındaki məhbuslar Əhər şəhərinin ədliyyə orqanları və həbsxana rəhbərliyi tərəfindən məzuniyyət verilməməsinə və məhbusların hüquqlarının pozulmasına etiraz olaraq 2021-ci il 20 Noyabrda kütləvi aclıq aksiyası keçiriblər.
Dünən Əhər həbsxanasında başqa məhbuslarla birlikdə aclıq aksiyası keçirən məhbusların birinin yaxını İranwire-a məhbusların aclıq aksiyasının səbəbləri barədə deyib: “Əhər həbsxanasının rəhbərliyi illərdir bu həbsxanada məhbuslarla qeyri-qanuni və qeyri-insani rəftar edir; ancaq Əhər həbsxanasında Hadi Əttazadənin öldürülməsi ilə bağlı beş məhbus ifadə verdikdən sonra həbsxana nəzarətçiləri tərəfindən məhbuslara qarşı təhqirlər artıb. Həbsxana məmurları məhbusları sırf hüquqlarını müdafiə etdiklərinə görə cəzalandırmaq istəyirlər. Əhər prokurorunun göstərişi ilə məhbuslar da bir müddət məzuniyyətdən məhrum ediliblər. Məhkumlar ayrıca Əhər şəhərində həbsxana məmurlarına və ədliyyə işçilərinə artan təzyiqlərə etiraz olaraq kütləvi aclıq aksiyası keçirməyə qərar veriblər”.
Hadi Əttazadə Əhər həbsxanasında həbsdə olan və bu ilin Sentyabrında bu həbsxanada şallaqlanaraq öldürülüb. Bu hadisədən sonra Hadi Əttazadənin ailəsi Əhər həbsxanasının rəhbərliyinə şikayət edib. Bu iş üzrə məhkəmə istintaqı zamanı Əhər həbsxanasında olan 5 məhbus ifadə verib ki, bu məhbus şallaq cəzasının icrası və onun vurduğu xəsarətlər nəticəsində öldürülüb.
Bundan öncə Əhər həbsxanasındakı bir mənbə İranwire-ə Hadi Əttazadənin öldürüldüyü hadisə ilə bağlı məlumat vermişdi. Ayrıca bu məhbusun xəstəxanaya köçürülməməsi birbaşa Əhər həbsxanasının müdirinin göstərişi ilə həyata keçirilib.
Şənbə günü Əhər həbsxanasında kütləvi aclıq aksiyası keçirən məhbusların dəqiq sayı bəlli deyil. Bununla bağlı İranwire-a danışan mənbənin sözlərinə görə, aclıq aksiyası keçirən məhbusların sayı 20 nəfərdən çoxdur.