İranın Azərbaycandakı səfiri oktyabrın 1-nə keçən gecə naməlum şəxslərin Bakıdakı səfirliyə qarşı aksiyası ilə bağlı etirazını bildirib.
Səfir Seyid Abbas Musəvi cümə günü İRNA agentliyinə belə deyib: “Ötən gecə naməlum şəxslərin İran İslam Respublikasının Bakıdakı səfirliyinə hücumundan və hörmətsiz münasibətindən sonra Azərbaycan DİN dörd nəfərin kimliyini müəyyən edib və saxlayıb”. Səfir qeyd edib ki, səfirlik təqsirli şəxslərin cəzalandırılacağına ümid edir.
Aldığımız məlumata görə, İran səfirliyinin önünə 3 ədəd aftafa qoyan 2ci Qarabağ müharibəsi qəhrəmanı imiş. onu 100 azn cərimələyiblər.Qeyd edək ki, səfirliyə “hücum” gecə səfirlik binasının divarının yanına İranın milli bayrağının rənglərində üç aftafa qoyulmasından ibarət olub.