Türk şəhərlərində tutulanların sayı 11 nəfərə yüksəldi
Təzyiqlərin artmasından və son günlərdə Türk mədəni fəalların həbs dalğasının başlamasından sonra Təbriz, Urmiyə və Bostanabad şəhərlərində ən az on bir mədəni fəal saxlanılıb.
Təbrizdə yaşayan mədəni fəal “Vəhid Əbhəri” 22 İyul Cümə axşamı, Doğu Azərbaycan əyalətinin Bostanabad şəhərində yaşayan mədəni fəal “Muctaba Əbdoli” isə 23 İyul günü təhlükəsizlik qüvvələri tərəfindən tutuldu. Bu vətəndaşların saxlanılma səbəbləri və olduğu yerlər barədə məlumat yoxdur.
Bundan öncə Təbrizdə yaşayan keçmiş siyasi məhbus Əmin Səttari Rauf və Şahin Bərzgər da təhlükəsizlik qüvvələri tərəfindən tutularaq bilinməyə yerə köçürülmüşdülər.
Cümə axşamı günü də Təbrizin “Xoca” şəhərində “Rəhim Sasaniyan”, “Yaşar Piri”, “Sədullah Sasaniyan”, “Möhsün Abbaspur” və “Məhamməd Purəli” adlı beş Təbrizli mədəni fəal tutulmuşdu. Bu vətəndaşlar Təbriz İnqilab Keşikçiləri Kəşfiyyat İdarəsinin təcridxanasına köçürüldükdən sonra, 2021-ci il 23 İyul səhəri, mobil telefonlarına əl qoyduqdan sonra sərbəst buraxıldılar.
Urmiyədə isə təhlükəsizlik qüvvələri “Əkbər Qulizadə” və “Riza Cəfərlu” adlı ən azı iki mədəni fəalı bir neçə saat nəzarətə alaraq dindirdilər.
Təhlükəsizlik qüvvələri, ayrıca Türklərin yaşadığı müxtəlif şəhərlərdə onlarla keçmiş siyasi məhbusla əlaqə quraraq onlara izlənildiklərini və etiraz aksiyalarında iştirak edəcəkləri təqdirdə tutulacaqlarını söylədilər.
Bu yazı hazırlanana qədər son günlərdə tutulan dörd məhbusun tutulma səbəbləri və köçürüldüyü yer məlum deyil. Lakin həbslərin Xuzistan xalqının repressiyalarına etiraz mitinqi çağırışı ilə əlaqəli olduğu düşünülür.
iranwire