Salar Tahir Əfşar həbsinin qalan hissəsini elektronik qandalla çəkəcək
Güneyli siyasi məhbus Salar Tahir Əfşar həbs müddətinin qalan hissəsini elektronik qandalla həbsxana xaricində və səyahət məhdudiyyəti ilə çəkəcək.
Bölgədə fəaliyyət göstərən insan hüquqları fəallarının yaydığı məlumata görə, Urmiyə həbsxanasında bir illik həbs cəzasını çəkməkdə olan Tahir Əfşar iyunun 19-da elektronik qandalla həbsxanadan buraxılıb.
Türk fəalın səyahət məhdudiyyət şərti ilə həbsxanadan buraxılması həbsxanalarda məhbusların sayının azaldılması istiqamətində təxminən 3 il əvvəl elektron cihazların istifadəsinə dair icra qaydaları əsasında həyata keçirilib.
Həbsxanalara verilən təlimat əsasında koronavirus pandemiyasının sürətlə yayılmasının qarşısının alınması üçün Salar Tahir Əfşara 300 milyon tümənlik bir neçə dəfə məzuniyyətə buraxılmışdı.
Əfşar ilkin məhkəmə tərəfindən “sistemə qarşı təbliğat aparmaq” və “qanunsuz etiraz aksiyası təşkil etmək” ittihamlarından 4 il həbs cəzasına məhkum edilsə də, Apellyası Məhkəməsi ona müvafiq olaraq ikinci ittihamından bəraət qazandırıb, həbs cəzasını 1 ilə endirib.
voa