Masih Alinejadı qaçırma cəhdi olanlar haqqında nə bilirik?
ABŞ Ədliyyə Nazirliyi, İran İslam Respublikasını bu təlatümlü tarixində görünməmiş bir hadisədə, “Masih Alinejad” olaraq tanınan ABŞ sakini bir siyasi aktivisti və Kanadada yaşayan üç İran vətəndaşını və Birləşmiş Kırallıq sakini bir İran vətəndaşını qaçırmaq planı hazırlamaqda günahlandırılır.
ABŞ Ədliyyə Nazirliyi, sui-qəsddə iştirak edən İslam Respublikasının dörd agentini rəsmi olaraq ittiham etdiyini açıqladı.
İslam Respublikası vətəndaşları olan Əliriza Shahvaroughi Fərahani, Mahmud Xazeiyən, Kiya Sadiqi və Omid Nuri, ABŞ torpaqlarında adam qaçırma və bank saxtakarlığı üçün sui-qəsddə, İran sanksiyalarının pozulmasında sui-qəsddən ittiham olunurlar.
Nilufər Bəhadorifər adlı bir İranlı qadın da sui-qəsddə iştirak etmək ittihamı ilə Kaliforniyada həbs olundu və hazırda məhkəməyə qədər girov qarşılığında sərbəst qaldı.
İslam Respublikası öncələr müxaliflərə sui-qəsd hazırlamaqda və qonşu ölkələrdən adam qaçırmaq cəhdində günahlandırılmışdı. Lakin bu, ilk dəfədir ki, ABŞ hökuməti bir neçə İran vətəndaşını ABŞ daxilində adam qaçırma planı hazırlamaqda günahlandırır.
ABŞ Ədliyyə Nazirliyi tərəfindən adam qaçırmaqda günahlandırılan insanlar kimlərdir və onlar haqqında nə bilirik?
Əliriza Fərahani ya Hac Əli ya da Vezarət Səlimi
Həmkarları arasında “Vezarət Səlimi” və “Hac Əli” olaraq da bilinən Əliriza Shahvaroughi Fərahani, İranın Kəşfiyyat Nazirliyinin 50 yaşlı bir agenti, bu işdəki digər müttəhimləri özünün adam qaçırma şəbəkəsi olaraq qurmuşdur. FBI onun hazırda İranda olduğunu qiymətləndirir.
ABŞ Ədliyyə Nazirliyindən edilən açıqlamada, Fərahaninin ABŞ-da qaçırma hədəfi olan Masih Alinejad’ın bir fotoşəkilinin, daha sonra biri edam edilən (ehtimal ki Amadnews telagram kanalının müdiri Ruhullah Zəmi qəsd edir) digər iki şəxsin fotoşəkili ilə birlikdə Farahaninin istifadə etdiyi cihazda tapıldığı bildirildi.
Digər bir şəxsin hazırda İranda həbsdə olduğu deyilir ki bu da Amadnewsda Zəmin həmkarı Şirin Nəcəfi ola bilər.
Nəcəfinin Zəmi İraqa gətirilməsindən və kəşfiyyat agentləri tərəfindən tutulmasından məsul olduğu deyilir.
ABŞ Ədliyyə Nazirliyi, Fərahaninin aparatında aşağıdakı fotoşəkillərin fars dilində yazıldığını açıqladı: “Tədricən sayı çoxalır… Siz gəlirsiz yoxsa yoxsa biz sizin yanınıza gələk?”
ABŞ Ədliyyə Nazirliyinə görə, Fərahani və qurduğu şəbəkə 2020-ci ildən bu ilədək bir neçə dəfə qaçırma məqsədi olan şəxsi və ailə üzvlərini izlədi, fotoşəkil və videoya çəkdi.
Fərahani Şəbəkəsi tərəfindən təmin edilən geniş nəzarət, ev ziyarətlərinə gündəlik nəzarət, evin və ətraf ərazilərin yüksək keyfiyyətli fotoşəkilləri və videolarının hazırlanması və evin birbaşa izlənməsi üçün bir videokameranın quraşdırılmasını əhatə edirdi.
FBI tərəfindən Əliriza Shahvaroughi Fərahaniyə qarşı çıxarılan həbs qərarı ilə yayımladığı fotoşəkillərdə yanındakılar onu “Chafieh” (rejim yançılarının istifadə etdiyi Şal) ilə müşayiət edirlər və şəkillərdən biri də şiə din xadimlərinin dəfn edildiyi yerə bənzər bir dini mühitdədir.
Mahmud Xazeiyən; Mehran Modiri ilə çəkdiyi bir fotodan bir gəmiçilik şirkətinin rəhbərliyinə qədər
İddiada təqsirləndirilənlərdən biri 42 yaşlı İran vətəndaşı Xazeiyəndir ki FBI hazırda İranda yaşadığına inanır.
İran mətbuatı, Xazeiyyənin İranın idman və sənət icmalarında tanınmış bir şəxsiyyət olduğunu söyləyir.
Onun rejissor və komediya aktyoru “Mehran Modiri”, “Salar Əqili”, müğənni, “Əli Pərvin”, futbol məşqçisi və milli futbol komandasının keçmiş oyunçusu “Əfşin Peyrovani” ilə birlikdə şəkilləri internetdə mövcuddur.
Mahmud Xazeiyən Sepid Riq Gəmiçiliyinin idarə heyətinin üzvü olub.
ABŞ Ədliyyə Nazirliyi onu ABŞ-da adam qaçırma planı üçün mübadilə və maddi ehtiyacları təmin edən şəxs kimi bildirib.
Kaliforniyada yaşayan və 445 min dollar mübadilə edən bir iranlı Nilufər Bəhadorifər
1 iyul 2021-ci ildə Kaliforniyada həbs olunan Nilufər Bəhadorifər, bu işdə birbaşa adam qaçırmaqla günahlandırılmamışdır. Bununla birlikdə, ABŞ Ədliyyə Nazirliyi tərəfindən çıxarılan iddianaməyə görə, o, İranda yaşayan şəxslərə və İslam Respublikası qurumlarına maliyyə xidmətləri göstərməkdə və İranın sanksiya qanunlarını pozmaqda günahlandırılır və hərəkətləri ilə adam qaçırma sui-qəsdini dəstəkləyib.
ABŞ Ədliyyə Nazirliyi, Niloufar Bəhadorifərin, altı il öncə, 2015-ci ildə, Xazeiyyənin ABŞ bank hesablarından, maliyyə xidmətlərindən və bankçılıqlarından istifadə edə bilməsini sağlayıb və Mahmud Xazeiyyən ABŞ maliyyə quruluşuna giriş təmin edə bilibdir. İran hökumətinin işçiləri üçün bu xidmətlərin istifadəsi qadağandır və İslam Respublikasının sanksiyalarının pozulması hesab olunur.
Bəhadorifər, Mahmud Xazeiyyənin hesabına 445 min dollar pul köçürməsində iştirak etməkdə günahlandırılır.
ABŞ Ədliyyə Nazirliyinin verdiyi məlumata görə, o, məhkəmədə özünü təqsirli bilmədiyini və həbs olunduqdan bir həftə sonra hakim tərəfindən girov müqabilində sərbəst buraxıldığını bildirdi.
Məhkəmə tərəfindən tutulan Nilufər Bəhadorifər istisna olmaqla, müttəhimlərin qalan hissəsi azadlıqdadır və ABŞ Federal Təhqiqat Bürosu onlar haqqında beynəlxalq həbs qərarı çıxardı.
35 yaşlı Kiya Sadiqi və 45 yaşlı Omid Nuri, İran Kəşfiyyat Nazirliyinin əməkdaşı Əliriza Shahvaroughi Fərahaninin qaçırma şəbəkəsinin digər üzvləridir, lakin onlar haqqında az şey bilinir.
Bəzi sosial şəbəkələrin fars dilli istifadəçiləri Kiya Sadiqinin ev heyvanı (köpək) ilə birlikdə fotolarını yayaraq, həyat tərzini İslam Respublikasının yaydığı düşüncəyə ziddiyyətli adlandırdılar.
iranwire