İbrahim Rəisi; Korrupsiyaya qarşı bir Karikatura
İbrahim Rəisinin seçki kampaniyası “korrupsiyaya qarşı mübarizə” oxu ilə tanıdılır. Artıq aylardır ki, İnqilabı Keşikçiləri və İslam Respublikasının Ali Rəhbərinin ofisinə yaxın nüfuzlu media qurumları, onu korrupsiyaya qarşı mübarizədə qəhrəman göstərirlər; Əlbətdə ki, İran İslam Respublikasındakı siyasət və iqtisadiyyatın struktur gerçəkliyinə uyğun olmayan bir görüntüdür bu.
Mübarizə və ya iştirak; Rəisi və korrupsiyanın nisbəti
İbrahim Rəisi, 1980-ci ildən, yəni 20 yaşından bəri bir prokuror və yüksək vəzifəli məhkəmə vəzifələrində çalışmışdır. Məhkəmə başçısı vəzifəsinə təyin edilməzdən öncə, 10 ildir Məhkəmə Hakimiyyətinin birinci müavini və 10 il öncədən də Milli Təftiş təşkilatının rəhbəri idi; İslam Respublikasının təşkilati quruluşundakı korrupsiyanın qarşısını almaq üçün “Konstitusiya” nın 174-cü maddəsinə uyğun olaraq qurulan bir təşkilat.
Bununla birlikdə, Rəisi, hər şeydən öncə, İslam Respublikasının korrupsiyaya qarşı mübarizədəki səmərəsizliyinin əsas günahkarlarından biridir. Qəhrəman olmaqdansa, məhkəmə sisteminin mövcud vəziyyətinin formalaşmasında ən təsirli şəxslərdən biridir.
Seçki kampaniyasının əsas dayağı “Əkbər Tabari” dəstəsi və keçmiş məhkəmə rəhbərinin yaxınları, yəni “Sadiq Amoli Laricani” ilə qarşıdurmadır. Ancaq bu yanaşma, bir rəhbərin rəhbərlik etdiyi korrupsiyaya qarşı mübarizə aparmaq üçün ciddi bir qətiyyət göstərməsindən daha çox siyasi həll məsələsidir.
Əkbər Təbəri hadisəsi, İslam Respublikasının Ali Rəhbərinə yaxın olan iki cərəyan arasında bir-birini aradan qaldırmaq üçün hərtərəfli qarşıdurmanın yeganə əlaməti deyildi. 2019-cu ilin yayında Təbəri davasının açılması ilə paralel olaraq “Məhəmməd Yəzdi” və Sadiq Laricaninin şifahi mübahisələri və ifşaları böyüməkdəydi; Yüksək rütbəli din xadimlərinin Korrupsiya ilə çirklənməsini göstərən bir qarşıdurma.
Nə Amoli Laricani bir gecədə korlanmış, nə də məhkəmə başçısının ofisindəki korrupsiya bir gecədə ortaya çıxmamışdı və İbrahim Rəisi meydanın eşiyində oturmamışdı. O qurumun əsas liderlərindən biri idi və bu qurumun yüksək rütbəli məmurlarından biri də “mənimsəmə şərti ilə rüşvət şəbəkəsi yaratmaq”, “çirkli pulların yuyulması”, “sənədlərin saxtalaşdırılması”, “məhkəmə işlərinə təsir göstərmək” kimi ittihamlarla mühakimə olunur.
Bu vaxt Rəisi yalnız korrupsiya ilə mübarizədə bir qəhrəman deyil, özünün də korrupsiyada iştirak və ortaqlıq şübhəsi altındadır. O bir çox suallara cavab vermək məcburiyyətində olanlardan biridir; Məhkəmə başçısının birinci müavini və ölkənin təftiş təşkilatının rəhbəri olduğu 20 il ərzində niyə məhkəmədə korrupsiya şəbəkəsinin mövcudluğuna, üstüörtülü olsa da, niyə reaksiya göstərmədi?
Bundan öncə, keçmişini görməməzlikdən gəlsək də, Tehran Bələdiyyəsindəki “Məhəmməd Baqir Qalibafın korrupsiya işi barədə niyə indiyə kimi susduğu sualına cavab verməlidir?
Mütəşəkkil korrupsiya
İbrahim Rəisinin keçmişini görməməzlikdən gəldiyimizi və üç il öncə yeni gəldiyini və “korrupsiyaya qarşı mübarizə” şüarıyla olduğunu düşünsək də, öncə məhkəmə sisteminin başçısı oldu, sonra da prezidentliyə can atdı. İndi isə bir daha soruşmamız gərəkir ki korrupsiyaya qarşı mübarizə planı nədir?
İslam Respublikasının lideri “Əli Xamenei”nin iddiasının əksinə olaraq, ölkənin siyasi və inzibati quruluşundakı fəsad bir iki yerdə az sayda deyil, bəlkə sistematik və mütəşəkkildir.
Sistematik korrupsiya, bir ölkənin məhkəmə təşkilatının korrupsiyaya qarışması deməkdir. Əslində yarı açıq olan dövlət idarəçiliyi və ictimai xidmətlər sektorunun rolu İranda aydındır. İranda rəsmi olaraq fəaliyyət göstərən Şəffaflıq və Ədalət İzləmə Təşkilatının araşdırmaları göstərir ki, İranda korrupsiya qavrayışı 13-dən çoxdur. Bu indeks sıfırla 15 arasında bir şey olmalıdır. Sayı nə qədər çox olarsa, bir ölkənin dövlət sektorundakı korrupsiya səviyyəsi o qədər yüksəkdir. Digər tərəfdən, son Transparency International hesabatında İranın korrupsiya qavrayışı baxımından sıralaması 149-dan yaxşı deyil.
Lakin, İslam Respublikası rəhbərləri məmnun olub-olmamasından asılı olmayaraq etiraf edilməlidir ki, İrandakı korrupsiya hərtərəfli mübarizə planı tələb edən mütəşəkkil bir fenomendir. Bəs İbrahim Rəisinin korrupsiyaya qarşı mübarizə üçün planı varmı?
Rəisinin korrupsiyaya qarşı mübarizə üçün əsas planı nədir?
İndiyə qədər İbrahim Rəisi və tərəfdarları korrupsiyaya qarşı mübarizə üçün heç bir hərtərəflı plan açıqlamadılar. Rəsmi ədəbiyyatda “məhkəmə hakimiyyətinin təkamülü dövrü” olaraq deyilən son üç ildə onun korrupsiya ilə mübarizə üçün yazılı bir planı yox idi. Bu müddət ərzində bu iş üçün heç bir hüquqi plan mühakimə heyəti tərəfindən İslami Şura Məclisinə təqdim edilməmişdir.
Altı aydan az müddət öncə açıqlanan Korrupsiyaya Qarşı Mübarizə Sənədində də korrupsiyaya qarşı mübarizə mövzusunda başlıq yoxdur. Bu 20 min sözlüklü sənəddə korrupsiya və korrupsioner sözü yalnız yeddi dəfə işlədilmişdir. Şəffaf və şəffaflıq sözünün istifadə sayı 19 dəfədən çox deyil. Eynilə, “maraqlar toqquşması” sayı da dörd dəfə işlədilib. Sənədin məzmununda, ümumi ifadələr xaricində, korrupsiyaya qarşı mübarizə üçün yazılı bir plana belə işarə yoxdur.
Bunun xaricində, ölkəni növbəti dörd ildə idarə etmək üçün iqtisadi planının nə olduğu hələ də aydın deyil.
Prezidentlik kampaniyasının öncəki prezident seçkiləri zamanı da dəqiq bir iqtisadi planı yox idi. İranın iqtisadi problemlərini həll etmək üçün nə plan qurduğu, həm də korrupsiyanın iqtisadi mənbələrini necə kor etmək niyyətində olduğu bəlli deyil; Məsələn, qiymət quruluşunu islah etmək və real qiymətləri yatırmaq üçün planı nədir? Dövlət qiymətlərini elanını davam etdirmək istəyir? Bu vəziyyətdə vasitəçiliyin və qeyri-rəsmi bazarların və iki-üç qiymətin yaranmasının qarşısını necə alacaq? Məsələn, Pride-ın qiyməti hər hansı bir səbəbdən artarsa, potensial dövlət başçısı qiyməti sərbəst buraxma riskini qəbul edəcəkmi və ya yenə də sabit bir qiymətdə israr edəcəkmi? Bu vəziyyətdə qeyri-rəsmi alqı-satqı və dövlət qiymətləri ilə almaq və sərbəst qiymətlərə satışlarda qruplaşmaların qarşısını necə alacaq?
4 min 200 Tümənlik Dollar üçün planı nə olacaq? Tərcih olunan valyutanı ləğv edəcəkmi və ya hələ də 4 min 200 Tümənlik Dollara icarə vasitəsi ilə əsas malların qiymətini idarə etməyə çalışacaq? Əgər belədirsə, mümkün qiymət artımı böhranını idarə etmək üçün planı nə ola bilər? Olmasa, korrupsiyanın qarşısını necə alacaq? Mənfəət əldə edənlərin istismarını dayandırmaq mümkün olmasa da, Dollarları ümumiyyətlə harada təmin edəcək? Eyni suallar yanacaq qiymətləri, zəmanətli alış qiymətləri və s. Ondan soruşmalı olan sullardır.
Bu sualların cavabları bəlli deyil, amma qəti olan odur ki, qeyri-müəyyən və şübhəli qeydləri olan və aydın planları olmayan Rəisi birdən-birə korrupsiyaya qarşı mübarizə apardığını iddia etdi. O içinə sığmadığı bir paltarı geyib. İbrahim Rəisi nə olursa olsun, korrupsiyaya qarşı mübarizədə qəhrəman deyil.
iranwire