Təbriz əhalisinin yarısı köhnə evlər və gecəqondularda yaşayır
Təbriz şəhəri uzun əsrlər boyu İranın ən əhəmiyyətli əhali mərkəzlərindən və nüfuzlu sənaye və ticarət mərkəzlərindən biri olmuşdur. İlklərin şəhəri, İranın ən gözəl və müasir şəhəri, yaşamaq üçün ən etibarlı şəhər və dilənçi olmayan şəhər, Təbrizə aid edilən adlardan yalnız bir neçəsidir.
Ancaq, bu cazibədar şəhərin kənarında yoxsulluğun, narkotik maddə bağımlığı, evsizliyin, köhnəlmiş tikintilər və yüksək əhali sıxlığının çirkin yanı gecəqondularda özünü göstərir və onların şəhərin mərkəzi hissələri ilə yeganə ortaq nöqtəsi Təbrizin adıdır.
***
Əllinci illərdə və İranda şəhərlərə kənd köçünün başlaması ilə eyni zamanda Təbriz metropolunun gecəqondularda yaşayış yeni bir dönüş nöqtəsi yaşadı. 1960-cı illərdən və torpaq islahatının həyata keçirilməsindən sonra kənddən şəhərə köç prosesi daha dik bir yamacla davam etdi və gecəqondularda yaşayış yeni və daha geniş ölçülərə başladı.
Təbrizdə və digər böyük şəhərlərdə gecəqonduların genişlənməsi və qeyri-rəsmi yaşayış yerlərinin yaranması, ikinci Pəhləvi hökumətinin 1370-ci ildə Tehran, İsfahan və Sənandac kimi şəhərlərlə eyni vaxtda Təbrizin ilk hərtərəfli şəhər planını təsdiq etməsinə səbəb oldu; Ancaq bu planın detallı planı 10 il sonra 1980-ci ildə təsdiqləndi.
Ancaq Təbriz şəhərinin şəhər planlarında və icra meyarlarında kənd yerləri və ucuz mənzillərin təmin edilməsi, Təbrizin quzeyindaki ətraf ərazilərin yenilənməsi ilə bağlı heç bir plan yox idi.
1995-ci ildə Təbriz şəhərinin ikinci hərtərəfli planı ilk hərtərəfli plandan təqribən 25 il sonra təsdiq edildi. Bu planda, şəhərin adambaşına düşən xidmət məhsuldarlığı, mənzil və yollar və binanın gücü baxımından şəhərin ən kasıb məhəllələri elan edildi.
Təbriz şəhərinin ikinci hərtərəfli planının təsdiqlənməsindən on beş il sonra, bu planın təfərrüatlı planı 2011-cı ildə təsdiq edildi. Nəticə olaraq, şəhərin quzey hissəsi Birinci və Beşinci Bölgələr olaraq təyin edildi və mövcud problemlərin həlli yerli planların hazırlanması şəklində təklif edildi.
Son on ildə Təbriz şəhərinin ikinci hərtərəfli planını tamamlamaq üçün müxtəlif planlar təqdim edildi, burada gecəqondu məhəllələri təyin edərək gecəqondularda yaşayış problemini həll etmək üçün təkliflər təqdim edilib.
Lakin Təbrizin kənarında qeyri-rəsmi yaşayış yerlərinin yaranmasından yarım əsrdən çox vaxt keçməsinə baxmayaraq, hökumətlər tərəfindən bu sosial problemi həll etmək üçün heç bir praktik və təsirli tədbir görülməmişdir; Təbriz Şəhər Şurası sədrinin dediyinə görə: “Təbriz əhalisinin demək olar ki, yarısı gecəqondularda və köhnəlmiş evlərdə və 400 minə yaxın insan isə gecəqondularda yaşayır.”
İndi Təbrizin iyirmi gecəqondu məhəlləsi var. Qeyri-rəsmi məskunlaşmanın ən yüksək sıxlığı və dərəcəsi şəhərin quzey hissəsindədir. Qeyri-rəsmi yaşayış yerlərinin qalan hissəsi güney, güney- batı və güney- doğu hissələri boyunca səpələnmişdir.
Gecəqondularda yaşayışın səbəbləri?
Makro səviyyədə gecəqondu yaşayışın ilk səbəbi ölkədə ayrı-seçkilik quruluşu və imkanların və sərvətlərin qeyri-bərabər paylanmasıdır. Digər tərəfdən, yerli iş yerlərinin dəstəklənməməsi və kəndlərə və kiçik şəhərlərə investisiya çatışmazlığı, daşqınlar, quraqlıqlar, əkinçilik donları və etibarsızlıq kimi təbiət hadisələri kənd və kiçik şəhərlərdən metropolərə köçün artmasının ən əhəmiyyətli səbəbləridir.
“Məhəmməd” Təbrizin batı kənarındakı Selav məhəlləsində yaşayır və əslən Vərziqanın Süngün kəndindəndir. Bu yaxınlarda ailəsi ilə Təbrizə köçən Məhəmməd, bu köçün səbəblərinə görə IranWire-ə deyir: “Süngün [mis] mədənindən qovulduqdan sonra iş tapmaq üçün Təbrizə gəldim. Mədənçilər uzun illər əvvəl vədlərlə torpaqlarımızı əlimizdən aldılar, buna görə qalmağım üçün bir səbəbim yox idi; Nə iş, nə də imkanlar var idi. Əlbəttə ki, bu şəkildə köçkün düşən ailələr yalnız biz deyilik. Qonşuluğumuzda və Tərlan dərəsində, ən az yüz Vərziqanlı ailə tanıyıram, bəziləri Varzeqan zəlzələsindən sonra Təbrizə gəlmişlər, bəziləri də bizim kimi işsizlik və yoxsulluqdan.“
Çoxsaylı araşdırmalar və nəşr olunmuş məqalələrdə: Əhali artımı, sərvət və imkanların milli və əyalət səviyyələrində bərabər olmayan bölgüsü, işsizlik və iqtisadi yoxsulluq, torpaq və mənzil yüksək qiymətlər, bank kreditləri almaq üçün çətin şərtlər, zəif şəhər və regional idarəetmə, köç növləri (kəndlərdən və kiçik şəhərlərdən Təbrizə köç və eyni zamanda şəhərin mərkəzi özəyindən kənarlara köç), məhrum bölgələrdə və kəndlərdə iş və iş imkanlarının olmaması və aztəminatlı qruplar üçün uyğun mənzil sahəsi verilməməsi, Təbrizdə qeyri-rəsmi yaşayış yerlərinin genişlənməsinin ən əhəmiyyətli səbəblərindəndi.
Gecəqondularda yaşayış problemləri
“Hüseyin Kərimzadə” nin və Təbriz Universitetindəki həmkarlarının apardığı araşdırma göstərir: Təbrizin ətrafında yaşayan ailələrin əksəriyyəti çörək pulu qazanmaq üçün rəsmi bir işə sahib deyillər və ümumiyyətlə çərçilik, dilənçilik, narkotik və spirt alqı-satqısı kimi saxta və bəzən qanunsuz işlərə məcbur olurlar.
Bu araşdırma “gecəqondularda yaşayan insanların qeyri-rəsmi və saxta işlərdə məşğulluğu, qanunsuz tikililərin mövcudluğu, bələdiyyələrin bu ərazilərdə müvafiq xidmətlər göstərə bilməməsi, ətraf mühitin çirklənməsi, bütün şəhər sisteminə mənfi mədəni, iqtisadi, sosial və siyasi təsirlər və bu sahələrdə cinayət nisbətlərinin artması” Təbrizdə gecəqonduda yaşayış probleminin ən əhəmiyyətli nəticələrindən olduğunu bildirir.
Təbriz bir milyon altı yüz min nəfər əhalisi və təxminən 25.000 hektar ərazisi var; Bunlardan 500.000 insan köhnəlmiş tikililərdə və təxminən iki min beş yüz hektar ərazidə yaşayır və 400.000 nəfər isə şəhərin kənarındakı 2000 hektar ərazidə yaşayır; Yəni şəhər əhalisinin yarısından çoxu Təbrizin yalnız 18 faizində yaşayır.
Bu rəqəmlər Təbriz şəhərindəki balanssız bölgü və yüksək əhali sıxlığını açıq şəkildə göstərir. Qeyri-rəsmi məskunlaşmanın ən yüksək sıxlığı və sahəsi Təbrizin 250.000-dən çox insanın yerləşdiyi kuzəy hissəsidadir; Ancaq bölgə Təbrizin Zəlzələ xətti üzərindədir.
Təbrizin gecəqondu və köhnəlmiş olan tikililərinin sakinlərini təhdid edən təhlükəni daha yaxşı başa düşmək üçün “ Son Xəbər” sənədli filminə baxmaq daha aydın və hiss olunan bir anlayış təmin edə bilər.
Bu sənədli filmdə Təbrizli rejissor “Mohsen Hadi”, fərzi bir zəlzələdən sonra baş verə biləcək hadisələri təsvir edir. Bu sənədli film rejissoru Təbrizdə və gecəqondu məhəllələrin yaradılması prosesini nəql edir və şəhərin ən az səkkiz dağıdıcı zəlzələ yaşadığını vurğulayaraq xəbərdarlıq edir: Yüz minlərlə insan şəhərin quzəy kənarındakı qeyri-rəsmi yaşayış yerlərində və məşhur Təbriz Zəlzələ xətti üzərində yaşayır və dar və maili xiyabanlar olan məhəllələr, ucuz və standart olmayan materiallardan tikilmiş evlər, uyğun olmayan şəhər şəraiti və bu bölgədəki qarışıq topoqrafiya səbəbindən tibbi yardım təmin etmək çətinliyi, hamısı Təbrizdəki ilk şiddətli zəlzələdən sonra böyük insan fəlakətinin baş verəcəyini vəd edir.
Təbrizin kənarındakı gecəqondularda yaşamaq bölgə sakinlərinə geniş miqyasda sosial zərərlərdə verir.
“Bağımlı adam zorla danışırdı. Bir aydan çoxdur ki, Təbrizin soyuğunda evsizdi və gecə körpünün altında yatırdı. İki-üç gündür yemək yeməmişdi və çox zəif olmuşdu. Ona söz verdim ki, axşam onu bağımlılqdan qurtulma klinikasına aparmaq üçün gedəcəm; Ancaq axşam başqa kəşfiyyat və fəaliyyətlərə o qədər qapıldım ki, ziyarət etmək fürsətim olmadı. Bir-iki gün sonra bir bağımlı adam cəsədi körpünün altında tapıldı, digər tərəfdən, həmin şəxs heç vaxt məhəllədə görünmədi.”
Bu rəvayət Təbrizin ictimai fəallarından birinin illərdir ki, mədəni fəaliyyətindən xatırladığı ən acı hadisədir. O Iranwire-ə verdiyi müsahibədə deyir: “Təbrizdə, bağımlıların görüşmə yerləri daha çox Tərlan dərə məhəlləsində və tərk edilmiş evlərdədir. Bu məhəllədə, xüsusilə Pasdaran magistral yolunun yaxınlığında, tərk edilmiş evlərin sayı çoxdur. Bu evlər bağımlılar və uşaqlara təcavüz edənlər üçün etibarlı sığınacaq halına gəlmış. Ancaq bağımlıların (kişilər və qadınlar) yığılması daha çox narkotik alverçilərinin evlərindədir və insan alverçilərinin uşaqları da qaçılmaz olaraq təhlükə altındadır.”
Təbrizli bu vətəndaş bələdiyyənin və ümumilikdə hökumətin gecəqondu yaşayış ərazilərlə əlaqəli hərəkətlərini təsirsiz hesab edir və deyir: “Təbrizdə yoxsulluq və gecəqondu yaşayış məsələsinə ictimai rəyin və şəhər rəsmilərinin diqqətini cəlb edən əsas amil olan İmam Əli icmasının vətəndaş və xeyriyyəçilik fəaliyyətləri xaricində, son illərdə bu sahələrdə daha bir neçə xeyriyyə təşkilatı fəaliyyətə başlamışdır. Son vaxtlar, bir çox məhəllədə, valilik tərəfindən və əksəriyyəti inkişaf və şəhərsalma sahəsində fəaliyyət göstərən təşkilatlarıdə işə başladı. Ancaq kasıbların yaşayış şərtlərinə əhəmiyyət vermirlər. Son on ildə Təbriz Bələdiyyəsi və Bələdiyyə Məclisi də gecəqonduları şəhərin digər bölgələrində yerləşdirməyə və paralel olaraq bu sahələri yaşıllıqlara və parklara çeviməyə çalışıb. Ancaq praktikada bütün fəaliyyətlərin nəticəsi bir neçə on evə çatmır.”
Gecəqondularda yaşayan kiçik uşaqlar
Təbrizin gecəqondularda yaşayan kiçik uşaqlar gecəqondularda yaşamağın əsas qurbanlarıdır. Bu uşaqlar, uşaq istismarı da daxil olmaqla ciddi sosial zərərlərdən təsirlənirlər.
Cinayət hüququ və kriminologiya mütəxəssisi “Samira Damavandi”nin Təbrizdəki Tərlan dərəsi və Malazinalın iki gecəqondusunda apardığı bir araşdırma göstərir: 412 uşaq daxil olmaqla 150 ailənin statistik nümunəsində yetmiş ailədə 208 uşaq valideynlər və ya qəyyumlar və ya bir ailə üzvü tərəfindən bir növ uşaq istismarı (fiziki, cinsi, emosional və ya baxımsızlıq) ilə qarşılaşıb. Bu tədqiqatın nəticələri göstərir ki, bu iki məhəllədə “valideynlərin maddi vəziyyəti pis olduğu üçün uşaqların əksəriyyətinin, zehni sağlamlığı pisdir. Həmçinin Təhsil, sağlamlıq və qidalanmaya Laqeyd qalma daxil olmaqla, bu uşaqların (qızlar və oğlanlar) zibil toplamaq, ayaqqabı tikmək, xalça toxumaq, narkotik və ya alkoqol satmaq, fahişəlik etmək və ya məcburi evlənməsinin səbəbi valideynlərin maddi və mədəni yoxsulluğudur.”
Yoxsulluq, işsizlik, tullantıların yığılmaması, bələdiyyə kanalizasiya sisteminin olmaması, təhlükəsiz boru kəməri suyunun olmaması, bağımlılıq və geniş yayılmış sosial zərərlər, gecəqondu və köhnəlmiş tikintilərdə yüksək əhali sıxlığına sahib olmaq “dilənçisiz şəhər”in əsl simasıdır.
Təbrizdəki yoxsulluq və gecəqondularda yaşayış böhranını həll etmək üçün ciddi iradənin olmaması ilə yanaşı, bu problemin həlli bu şəhərin bələdiyyəsinin gücü və imkanları xaricindədir. Təbrizin gərçəkliklərini görmək üçün İran İslam Respublikası hökumətindəki planlaşdırıcılar və siyasətçilər inkar etməkdən ciddi investisiya və sərvətlərin ədalətli bölgüsünə keçməlidilər. Əks təqdirdə iqtisadi yoxsulluq və mədəni yoxsulluq bir-birini davamlı çoxaldaraq, gecəqondularda yaşayış məsələsini müvəqqəti və azalan deyil daimi və böyüyən bir böhrana çevriləcək.
iranwire