Peyk şəkilləri, Hormozganda yeddi raket atış sahəsini aşkar etdi
Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutu Hormozgan əyalətinin Hacıabadında yeddi raket atış sahəsinin olunduğu göstərən yeni peyk görüntülərini yayımladı.
İnstitutdan verilən məlumata görə, bu sahələr “Fateh” tipli qatı yanacaqlı ballistik raketlərin buraxılması üçün tikilib.
Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun müdafiə analitiklərinin fikrincə, raket atıcıları dəqiq bir hədəf üçün raketlər yerləşdirmək məqsədi ilə dağın ətəyindəki xüsusi bir yamacda inşa edilmişdir.
Analitiklər, yeddi atış nöqtəsinin dağın yamacında olmasını Səudiyyə Ərəbistanı və Bəhreyndə yerləşən hərbi hava bazalarını narahat edən bir istiqamətə yönəldiyini söylədilər.
Beynəlxalq Strateji Araşdırmalar İnstitutu, İranın raket imkanlarını genişləndirmək riski nəzərə alınaraq bu yeni sahənin inşasının beynəlxalq kəşfiyyat xidmətlərinin diqqətini çəkəcəyini vurğuladı.
Bir peyk analitiki Milli Xəbər Agentliyinə bildirib ki, peyk görüntüləri raketlərin Səudiyyə Ərəbistanının və potensial olaraq Riyadın geniş ərazilərinə yönəlmiş dik bir yamacda yerləşdiyini göstərir.
Onun sözlərinə görə, Ərəbistanının bu bölgəsi həm də ABŞ Hərbi Hava Qüvvələrinin əsas logistika mərkəzi kimi bir sıra hərbi bazalara ev sahibliyi edir.
İslam Respublikası Hormozganın Hacıabadında bu raket sahəsinin olduğunu hələ elan etməyib.
Son illərdə İslam İnqilabı Keşikçiləri davamlı olaraq qatı yanacaqla işləyən “Fateh” tipli raketlər inkişaf etdirir.
Beynəlxalq Strateji Araşdırmalar İnstitutuna görə, Fateh raketlərinin ortaq xüsusiyyəti şaquli atış deyil, üfüqi atılmasıdır.
Bu raketlərin əksəriyyətinin təqribən 250 ilə 300 kilometr məsafə atışları var, lakin inkişaf etmiş və yüngül növünün də 500 kilometr atışı var.
Beynəlxalq Strateji Araşdırmalar İnstitutu hesabatında İnqilab Keşikçiləri raket quruluşunun peyk görüntülərinin qarşısını almaq üçün əhatə dairəsinin azlığına təəccübünü ifadə edərək, bazanın hava zərbələri üçün artıq əl çatılır bir hədəf olduğunu söylədi.
iranwire