ABŞ İrana qarşı bəzi sanksiyaların ləğvini nəzərdən keçirir
ABŞ-ın hazırkı və sabiq səlahiyyətlilərinin bildirdiyinə görə, Bayden administrasiyası İran İslam Respublikasını 2015-ci il nüvə razılaşmasına uyğunlaşmasını təmin etmək üçün İrana qarşı Tramp dövründə tətbiq olunan ən sərt sanksiyalardan bir neçəsinin ləğvini nəzərdən keçirir.
Bu həftə Vyanada nüvə sazişini canlandırmaq imkanlarını araşdırmaq üçün dolayı danışıqların davam etdirildiyi vaxt Amerika rəsmiləri sanksiyaların yüngülləşdirilməsində sərt xətt nümayiş etdirən və ABŞ-ın cəzalarının ləğvini tələb edən İrana təklif verməyə hazır ola biləcəkləri bildirir.
ABŞ rəsmiləri hansı sanksiyaların ləğvinin nəzərdə tutulduğunu müzakirə etməkdən imtina edib. Lakin nüvə razılaşmasına zidd olan və ya İranın razılığa əməl edəcəyi təqdirdə sanksiyaların yüngülləşdirilməsinə yol açan hər bir sanksiyanın ləğvinə açıq olduqlarını deyib.
Bu, sanksiyaların arxitekturasının mürəkkəb təbiəti səbəbindən nüvə deyil, terrorizm, raket inkişafı və insan hüquqları ilə əlaqəli sanksiyaları əhatə edə bilər.
Bayden administrasiyası rəsmiləri bunun Tramp administrasiyasının qəsdən müqaviləyə qayıtmağa mane olmaq cəhdi kimi izah etdikləri üçün lazım olduğunu bildirir.
2015-ci il müqaviləsinə əsasən, ABŞ-ın İranın nüvə proqramına aid olmayan sanksiyalarının ləğvi tələb edilir.
VOA