Fransa ilə Türkiyə arasında gərginlik yenidən artıb
Fransa ilə Türkiyə arasında gərginlik yenidən artıb. Belə ki, Prezident Emmanuel Makron Türkiyə hökumətini gələn il Fransada keçiriləcək prezident seçkilərinə müdaxilə etməkdə günahlandırır.
Fransa ilə Türkiyə arasındakı tez-tez kəskinləşən münasibətlərdə bir neçə həftə idi ki, nisbi bir sakitlik var idi. Lakin Fransa Prezidenti Emmanuel Makron yeni problemlərə işarə edərək, Türkiyəni gələn il Fransada keçiriləcək prezident seçkilərinə qarışmaqda günahlandırıb.
Çərşənbə axşamı Fransa milli televiziyasında yayımlanan müsahibəsində Makron Ankaranı dövlət tərəfindən idarə olunan media vasitəsi ilə yalanlar yaymaqda və Fransanı İslamla problemli bir ölkə kimi göstərməkdə ittiham edib.
Makron Türkiyənin Fransada keçiriləcək növbəti prezident seçkilərinə müdaxilə etməyə çalışacağını iddia edir. O, təhdidlərin gerçək olduğunu deyib və onları dözülməz adlandırıb. Fransa prezidenti deyib ki, bu belə davam edərsə, Türkiyə ilə yenidən dinc münasibətlər qurmaq istəməyəcək.
Bu, Qərbi Avropa liderlərinin Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanı bu cür hərəkətlərdə ittiham etdiyi ilk hal deyil. Ərdoğan 2017-ci ildə türk mənşəli Almaniya vətəndaşlarından kansler Angela Merkeli dəstəkləyən partiyalara səs verməməyə çağırdığı zaman da tənqidlərə məruz qalmışdı.
Fransanın Beynəlxalq və Strateji Araşdırmalar İnstitutunun direktor müavini Didyer Billionun dediyinə görə, bu dəfə hər şey başqadır.
The researcher describes his surprise when he heard Macron’s tone and unverified accusations about Turkey’s meddling with the next French presidential election. Billion says he finds this statement hard to understand as Macron deeply engaged against Turkey throughout 2020 but without succeeding as neither NATO nor the European Council took sanctions.
Tədqiqatçı Makronun tonunu və Türkiyənin növbəti Fransa prezident seçkilərinə müdaxiləsi ilə bağlı təsdiqlənməmiş ittihamlarını eşidəndə təəccübləndiyini deyib. Billion Makronun 2020-ci il ərzində Türkiyə əleyhinə dediklərindən sonra nə NATO, nə də Avropa Şurasının bu ölkəyə qarşı tədbir görmədiyi üçün onun bu açıqlamasını başa düşməkdə çətinlik çəkdiyini deyib.
Türkiyə Xarici İşlər Nazirliyi Makronun bu şərhlərinin Fransadakı xarici icmaları özlərindən uzaqlaşdırdığını deyib və onları təhlükəli adlandırıb.
NATO-nun iki müttəfiqi – Fransa ilə Türkiyə arasında gərginliyə Liviya, Suriya və Dağlıq Qarabağla bağlı digər mübahisəli məsələlər də səbəb olub.
Keçən il Ərdoğan Fransada baş verən bir sıra terror hücumlarından sonra Makronun İslama və müsəlmanlara qarşı mənfi münasibətinə görə Fransa məhsullarını boykot etməyə çağırmışdı.
Təhlilçilər ümumilikdə Türkiyə ilə Fransa rəhbərliyi arasında münasibətlərin son 15 ildə pisləşdiyini deyir.
VOA