Azərbaycan Demokratik Birliyi; İl bayramını qeyd edən hər kəsin xüsusilə xalqımızın bayramı mübarək olsun!
Bayram idi gecə quşu oxurdu,
Adaxlı qız bəy corabın toxurdu,
Hər kəs şalın bir bacadan soxurdu,
Ay nə gözəl qaydadı şal sallamaq,
Bəy şalına bayramlığın bağlamaq…
Bayram olub qızıl palçıq əzərlər,
Naxış vurub otaqları bəzərlər,
Taxçalarda düzmələri düzərlər,
Qız-gəlinin fındıqçası, hənası,
Həvəslənir anası, qaynanansı..
Hər il bu zaman yeni bir ilin qarşılamağına gedirik. İllərdir bir gözümüz ağlarkən bir gözümüz gülə gülə Bayramınız mübarək deyirik bir birmizə.
Hər il ürəkdən diliyirik ki üzümüzə gələn bayram bərəkət , sağlıq və azadlıq gətirsin ama illər biri birindən ağır gəlir acı gedir.
Bu ildə ölkəmizdə və yurdumuzda müsibətlər azalmadı, artdı…
Qadına qarşı zorakılıq və şiddət azalmadı artdı,
Fəhlə, əkinçi , işçi qaclıqı azalmadı artı. Ac qarına yastıqa baş qoyanın sayı azalmadı artdı,
Balalarımız mədrəsəsiz qaldı . Məktəbi tərk edən azalmadı artdı. İnternett yoxdu diyə intahar edən uşaqlar bağrımıza dağ çəkdi,
Bayram süfrəsnə bir çörək gətirmək üçün uzün quyruqlar artdı və millət bir birilə yarışa geçdi ama məsullar vasitəçilərə günahi yukləyib hər i kimi məsuliyyətdən boyen qaçırdı,
Həbsxanalar boşalmadı daha doldu. Xəstə məhkumlar və hətta ölu bir qadın bu ölkədə asıldı,
Bunlara rağmən dayanışmalar , numayışlər durmadan davam etdi və davam edir…
Bizdə Azərbaycan Demokratik Birliyi olaraq üzümüzə gələn yeni ili xalqımıza təbrik deyib hər il olduğu kimi bu yeni il saysız müsibətlərimizə son bulma ili olmasını təmənna edirik.
Azərbaycan Demokratik Birliyi – Birlik
20.03.2021